Azərbaycan prezidenti əfv haqqında sərəncam imzalayıb. Əfv 84 nəfər məhkuma şamil edilib. Əfv olunanlar arasında “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev də var.
Əfv olunanlar arasında eyni zamanda, Bakı şəhər İcra Hakimiyyəti başçısının keşmiş müavini Eldəniz Lahıcov, keçmiş polis əməkdaşı Müşfiq Mədətov, sabiq səhiyyə naziri Əli İnsanovun bacısı oğlu Anar Namazov da var.