Accessibility links

Azərbaycan ombudsmanı Baş Prokuror və Milli Təhlükəsizlik Nazirinə müraciət edib


Azərbaycan ombudsmanı Baş Prokuror və Milli Təhlükəsizlik Nazirinə müraciət edib
Azərbaycan ombudsmanı Baş Prokuror və Milli Təhlükəsizlik Nazirinə müraciət edib

Ombudsman ölüm faktı ilə bağlı beynəlxalq təşkilatların göstərdiyi faktların araşdırılmasını və nəticəsi barədə məlumat verilməsini istəyir.

Azərbaycanın ombudsmanı Elmira Süleymanova Baş Prokurora və Milli Təhlükəsizlik nazirinə Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə çağırılmış və vəfat etmiş Turac Zeynalovun ölüm faktının araşdırılması ilə bağlı müraciət edib. Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin rəsmi saytı məlumat yayıb.

Müraciətdə deyilir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinə ATƏT‑in Bakı Ofisindən və digər mənbələrdən daxil olmuş məlumatlarda 24 avqust 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ərəzin kənd sakini Turac Zeynalovun muxtar respublikanın Milli Təhlükəsizlik Nazirliyinə çağırıldığı, həmin gün evə qayıtmadığı, orada zorakılığa məruz qaldığı, bir gün sonra isə onun cəsədinin Mərkəzi Xəstəxananın meyitxanasına verildiyi, 28 avqust tarixdə qohumlarına xəbər verilmədən yaşadığı kəndə aparıldığı bildirilir”.

Ombudsman müraciətlərdə göstərilmiş halların araşdırılması və nəticəsi barədə məlumat verilməsini istəyir.

XS
SM
MD
LG