Accessibility links

Azərbaycan Milli İstiqlal Partiyası Urmiyə gölünün qurumasına etiraz edir


Azərbaycan Milli İstiqlal Partiyası Urmiyə gölünün qurumasına etiraz edir
Azərbaycan Milli İstiqlal Partiyası Urmiyə gölünün qurumasına etiraz edir

Aksiya iştirakçıları “Soyqırıma son!”, “Vətən, torpaq bölünməz, ana dilim ölməz!” şüarlarını səsləndirib.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bir qrup fəalı İranın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Piket iştirakçıları Urmiyə gölünün quruması və İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı İran hakimiyyətinin fəaliyyətsizliyinə etiraz bildirib. Aksiya iştirakçıları “Soyqırıma son!”, “Vətən, torpaq bölünməz, ana dilim ölməz!” şüarlarını səsləndirib.

Polis qüvvələri aksiya iştirakçılarının səfirliyin binasına yaxınlaşmasına imkan verməyib. Bununla belə, AMİP təmsilçiləri piketin qətnaməsini səfirliyin poçt qutusuna ata bilib. Qətnamədə İranda Urmiya gölünün müdafiəsi ilə bağlı keçirilən yürüşün iştirakçılarına qarşı repressiyalar pislənir, həbs olunmuş azərbaycanlı fəalların azadlığa buraxılması tələb edilir. Bundan əlavə, azərbaycanlıların milli hərəkat nümayəndələrini repressiyalara məruz qoyanların cəzalandırılması tələb olunur, Tehran rejiminin etnik azərbaycanlıların milli və mədəni hüquqlarını tanımasının vacibliyi bildirilir.

Qeyd edək ki, bu, son iki həftədə İran səfirliyinin qarşısında keçirilən 5-ci aksiyadır.

XS
SM
MD
LG