Accessibility links

Azərbaycan buğda və unun idxalına əlavə dəyər vergisini ləğv edib


Azərbaycan buğda və unun idxalına əlavə dəyər vergisini ləğv edib
Azərbaycan buğda və unun idxalına əlavə dəyər vergisini ləğv edib

Son dövrlər buğda və unun qiymətində 20 faizədək artım qeydə alınmışdı

Xaricdən Azərbaycana gətirilən buğda və un əlavə dəyər vergisindən azad edilib. Bu barədə Nazirlər Kabineti qərar verib.

Qərar imzalandığı gündən 2011-ci il avqustun 1-dək qüvvədədir.

Kənd Təsərrüfatı Nazirliyi hesab edir ki, Nazirlər Kabinetinin xaricdən ölkəyə gətirilən buğda və unu əlavə dəyər vergisindən azad etməsi daxili bazarda süni qiymət artımının qarşısını alacaq. Nazirlik ölkədə əhalinin tələbatını ödəyəcək dərəcədə buğda və un ehtiyatı olduğunu bildirib.

Xatırladaq ki, son zamanlar çörəyin və buğda unun qiymətində 20 faizədək artım müşahidə edilirdi.

XS
SM
MD
LG