Accessibility links

Azərbaycan “Böyük iyirmilik” xarici işlər nazirlərinin sammitinə dəvət olunub


Azərbaycan “Böyük iyirmilik” xarici işlər nazirlərinin sammitinə dəvət olunub
Azərbaycan “Böyük iyirmilik” xarici işlər nazirlərinin sammitinə dəvət olunub

2012-ci ildə G20-yə Meksika sədrlik edir. G20 1999-cu ildə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrlə qlobal iqtisadiyyat məsələlərinin birgə müzakirəsi üçün yaradılıb.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “Böyük iyirmilik” (G20) xarici işlər nazirlərinin sammitinə dəvət olunub. Sammit fevralın 18-20-də Meksikanın Los-Kabos şəhərində keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu gün keçirdiyi brifinqdə bildirib. . “Bu cür dəvət ilk dəfədir edilib və ölkənin artan nüfuzundan xəbər verir”, - deyə o bildirib.

Mətbuat katibi həmçinin deyib ki, Azərbaycandan başqa sammitə Avstriya, Norveç, Kamboca, BƏƏ, İspaniya, Sinqapur, Kolumbiya, Əlcəzair, Çili, həmçinin Afrika İttifaqının nümayəndəsi dəvət olunub.

2012-ci ildə G20-yə Meksika sədrlik edir. G20 1999-cu ildə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrlə qlobal iqtisadiyyat məsələlərinin birgə müzakirəsi üçün yaradılıb. “İyirmilik qrupu” 19 ölkənin - Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Fransa, CAR, Cənubi Koreya, Yaponiyanın maliyyə nazirlərindən və mərkəzi bank sədrlərindən, həmçinin Avropa İttifaqının nümayəndəsindən ibarətdir.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “Böyük iyirmilik” (G20) xarici işlər nazirlərinin sammitinə dəvət olunmasının yerli ekspertlər yüksək qarşılayıb.

Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə Turan Agentliyinə bildirib ki, “Böyük iyirmilik” (G-20) ölkələri xarici işlər nazirlərinin sammitinə Azərbaycan xarici işlər nazirinin dəvət olunması ölkənin geosiyasi əhəmiyyətinin Qərb tərəfindən getdikcə daha çox başa düşülməsinin göstəricisidir.

Nazirin bu görüşə dəvət olunması Qərbin maraqlarını təmsil edən “nüfuzlu qurum”un işinə Azərbaycanı da cəlb etmək məqsədi daşıyır. “Azərbaycan təkcə öz enerji resursları ilə deyil, həm də tranzit imkanları ilə Qərb üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, hazırda bu imkanlardan Əfqanıstan əməliyyatında istifadə olunur”, - deyə cənab Quluzadə qeyd edib.

Ekspert hesab edir ki, Azərbaycanın G-20-nin işinə cəlb edilməsinə ölkənin BMT Təhlükəsizlik Şurasına seçilməsinin də mühüm təsiri olub.

XS
SM
MD
LG