Accessibility links

Azərbayanlılar Vaşınqtonda keçirilən Gələcəyin Liderləri adlı proqramda iştirak edə bilər (audio)


Azərbayanlılar Vaşınqtonda keçirilən Gələcəyin Liderləri adlı proqramda iştirak edə bilər (audio)
Azərbayanlılar Vaşınqtonda keçirilən Gələcəyin Liderləri adlı proqramda iştirak edə bilər (audio)

Paytaxt Vaşınqtonda fəaliyyət göstərən qeyri-kommersiya təkilatlarından biri (XST)Xarici Siyasət Təşəbbüsü təşkilatıdır. Təşkilat Gələcəyin Liderləri adlı proqram həyata keçirir.

Bu proqramın məqsədi paytaxt Vaşınqtonda xarici siyasət sahəsində liderlərin gələcək nəsilini yetişdirməkdən ibarətdir.

Bu proqram XST təşkilatının beynəlxalq öhdəliklərini tanıyan, siyasi azadlıqlar və azad bazar iqtisadiyyatı, habelə güclü hərbi sistemin möhkəmləndirilməsi vasitəsilə Amerikanın müttəfiqlərini dəstəkləyən gənc peşəkarları müəyyən edir, onlarla xarici siyasət məsələləri üzrə ekspertlər və keçmiş hökumət rəsmiləri arasında əlaqələr yaradılmasına kömək edir.

Reyçel Conson XST təşkilatının Xarici İşlər şöbəsinin nümayəndəsidir. O deyir ki, təşkilat iki il yarımdır fəaliyyət göstərir. Gələcəyin Liderləri adlı proqram isə ikinci ildir keçirilir və gənc peşəkarların inkişafına kömək etmək məqsədi daşıyır.

Reyçel Conson: `Biz gənc peşəkarlar üçün bir sıra tədbirlər keçiririk. Burada onlar xarici siyasət məsələləri üzrə mütəxəssislər, yüksək səviyyəli sabiq hökumət rəsmiləri və başqa qonaqlarla görüşürlər. Biz eyni zamanda, gənc peşəkarların biri-biri ilə fikir mübadiləsi aparması üçün şərait yaradırıq.`

Azərbayanlılar Vaşınqtonda keçirilən Gələcəyin Liderləri adlı proqramda iştirak edə bilər (audio)
Azərbayanlılar Vaşınqtonda keçirilən Gələcəyin Liderləri adlı proqramda iştirak edə bilər (audio)

Xanım Conson deyir ki, fikir mübadiləsi aparmaq imkanının verilməsi ötən il iştirakçılar tərəfindən çox müsbət qarşılanmışdır.

XST təşkilatı 2011-ci və 2012-ci illərdə Gələcəyin Liderləri adlı bir neçə ölkədən, o cümlədən Azərbaycandan proqramda iştirak etmək üçün ərizələr qəbul edir. Təşkilat hökumətdə, hərbi qüvvələrdə, mətbuatda, həmçinin özəl və qeyri-kommersiya sektorlarında çalışan 25-35 yaşlı gənc peşəkarlar tərəfindən ərizələr qəbul edir. Proqramda iştirak etmək üçün müraciət edən peşəkarların bakalavr dərəcəsi və azı üç il iş təcrübəsi, ya da müvafiq maqistr dərəcəsi olmalıdır.

Seçilmiş namizədlər proqram çərçivəsində keçirilən bütün tədbirlərdə iştirak etməlidir. Namizədlər proqramda tam iştirak etmək imkanının olub-olmadığını əvvəlcədən nəzərdən keçirməlidir. Xanım Conson, ötən il proqramda iştirak etmək üçün bir neçə azərbaycanlı namizədin ərizə verdiyini, lakin onların seçilmədiklərini deyir.

Reyçal Conson:` Bu şəxslər Azərbaycanda yaşayan və 10 ay davam edən proqramda iştirak etmək üçün paytaxt Vaşınqtona səfər etməkdə maraqlı olmayan namizədlər idi. Bundan başqa, proqramda iştirak etmək hüququ qazanmış bəzi peşəkar və təcrübəli azərbaycanlı namizədlər var idi ki, onlar da yenə də Vaşınqtondan uzaqda yaşadıqları üçün proqrama qoşula bilmədi.`

Ərizələr və əlavə sənədlər avqust ayının 19-u, cümə günü axşam saat 5:00 qədər təqdim edilməlidir. Namizədlər sentyabr ayının əvvəlində nəticələr barədə bildiriş alacaqlar. Proqram sentyabr ayının sonunda başlayacaq. Proqram barədə əlavə məlumat almaq və ərizəni doldurmaq üçün bu səhifəyə baxın: http://www.foreignpolicyi.org/content/future-leaders-program

XS
SM
MD
LG