Accessibility links

Azərbaycanın ilk peyki orbitə çıxarılır


Azərbaycanın süni peyki hazırdır
Azərbaycanın süni peyki hazırdır

Peyk Dallesdə Virciniya ştatında orbital peyk istehsalı obyektlərində işlənilib hazırlanıb

Kosmik texnologiyalar sahəsində aparıcı şirkətlərdən biri olan Orbital Sciences Corporation (NYSE: ORB) fevralın 6-da Azercosmos üçün Azerspace/Africasat-1a kommersiya rabitə peykinin yekun buraxılış mərhələsində olduğunu bəyan edib. Peyk Dallesdə Virciniya ştatında orbital peyk istehsalı obyektlərində işlənilib hazırlanıb.

Peyk Fransa Qvianasında yerləşən Kuru kosmodromundan “Ariane-5 raket daşıyıcısı vasitəsilə orbitə çıxarılacaq.

Buraxılışdan sonra peyk orbitdə sınaqdan keçiriləcək. Sonra gəmi-peyk öz orbital mövqeyini tutacaq və tədricən peykin idarə olunması üzrə məlumatlar Bakı və Naxçıvan idarəetmə mərkəzlərinin gəmi-peyki ilə işləyəcək Azercosmos-a təqdim olunacaq.

İdarəetmə mərkəzləri Orbital-ın iştirakı ilə Azercosmos tərəfindən layihələndirilib və inşa edilib. O cümlədən yerüstü antenlər, radioelektronika, kompüter platforması və komanda üçün proqram təminatı, Azerspace/Africasat-1a peykinə nəzarət və idarə olunması daxildir.

“Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması Amerika sənayesi ilə uğurlu əməkdaşlığın mühüm məqamıdır”, - Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bildirib. “Biz buraxılışı səbirsizliklə gözləyirik. Bu, Azərbaycan, Qafqaz, Orta Asiya, Avropa və Afrikanın cari və gələcək rabitə tələbatını həll edəcək”, - o qeyd edib.

Azerspace/Africasat-1a Malayziyanın “Measat Satellite Systems” şirkəti tərəfindən istifadə olunan və “Azərkosmos” ASC-yə icarəyə verilən 46 dərəcə Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşəcək.

“Azerspace/Africasat-1a peyki Azərbaycan üçün mühüm komponentdir və kommunikasiya infrastrukturunun genişləndirilməsinə imkan verəcək, dünyanın digər hissələri ilə əlaqəni yaxşılaşdıracaq”, - Orbital Sciences Corporation şirkətinin baş vitse-prezidenti Kristofor Riçmond bildirib.
XS
SM
MD
LG