Accessibility links

Azərbaycan peyki fevralın 7-də orbitə çıxarılacaq


Azərbaycanın milli süni rabitə peyki – “Azerspace"
Azərbaycanın milli süni rabitə peyki – “Azerspace"

Azərbaycanın ilk rabitə peykin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir edir

Azərbaycanın ilk milli süni rabitə peyki – “Azerspace”in Fransız Qvianasında Kur kosmodromundan kosmosa buraxılması ilə bağlı son tamamlama işləri aparılır.

APA agentliyi raketdaşıyıcısı xidmətlərini göstərəcək Fransanın "Arianspace" şirkətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, peyk "Ariane-5" kosmik daşıyıcısı ilə orbitə çıxarılacaq və bu, gəminin 2013-cü ildə ilk uçuşu olacaq. Peykin orbitə buraxılması isə fevralın 7-nə planlaşdırılıb.

Azərbaycanın ilk rabitə peykinin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malik olacaq və Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstərəcək. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcə olacaq.

Qeyd edək ki, peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə ediləcək. Artıq peykin resurslarının 40%-nin istifadəsi üçün şərti müqavilələr imzalanıb.

Azərbaycanda peyklərin idarə olunması üçün regional idarəetmə mərkəzinin və ehtiyat idarəetmə mərkəzinin yaradılması başa çatıb. Mərkəz təkcə Azərbaycanın deyil, region üzərindən uçan digər ölkələrə məxsus peyklərin də idarə olunması üçün istifadə olunacaq. Burada Yer səthinin müşahidəsi üçün universal qəbuletmə və emaletmə sisteminin quraşdırılmasına başlanılıb və 2013-cü ilin sentyabr ayından real vaxt rejimində əcnəbi peyklərdən yüksək dəqiqlikli təsvirlərin alınması və müxtəlif təyinatlı istifadəsi təmin olunacaq.

Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb. BMT-nin müvafiq komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul olunub, Azərbaycan kosmik fəzanın sülh məqsədlərlə istifadəsi üzrə öhdəliklər götürüb.

Həmçinin, Azərbaycanda kosmik texnologiyalar üzrə kadrlar hazırlanır. Son 3 ildə orta yaşı 25-28 olan təxminən 30 nəfər peyklərin idarə olunması üzrə ABŞ, Fransa və Malayziyada uzunmüddətli kurs və təlimlər keçmiş milli mütəxəssis hazırlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG