Accessibility links

Azərbaycanlı velo-səyyah Afrikada ölümcül hücuma məruz qalıb [Fotolar]


Yaşar Xudiyev Afrikada olarkən
Yaşar Xudiyev Afrikada olarkən

Velosipedlə dünya turuna çıxan azərbaycanlı Yaşar Xudiyev bir neçə gün əvvəl Cənubi Sudanın Keniya ilə sərhədinin 50 kilometrliyində bir qrup adamın hücumuna məruz qalaraq ölümcül döyülüb. Əvvəllər velosipedi ilə ABŞ və Avropanı fəth etmiş Yaşar bu dəfə də tura ‪#‎azadlıqüçünpedalla‬ adı altında çıxmışdı. Bakıdan başlayan tur Afrikanın içiylə keçib bitməli idi. Ancaq o, Cənubi Sudanda olarkən Kenya sərhədinə 50 km qalmış bir qrup adamların hücumuna məruz qalıb. Əlindən velosipedi və digər əşyaları alınıb və sənədlərini isə yandırılıb.
Yaşar yazır: "Onlar məni cəngəlliyin dərinliyinə öldürmək məqsədiylə apardılar ölümcül döydülər və başıma ən azı 10 daş zərbəsi dəydi . Bütün başımı qan içində görüb öldüyümü sandılar ...
Bir gün sonra növbəti gün səhər yarı huşsuz , ac və başı qanlı yabanı giləmeyvələrdən yeyərək , çirkli sudan içərək sağ qaldım . Cəngəllikdən yol tapıb çıxdım və özümü ilk gələn maşının qabağına atdım
Həmin maşın məni qəsəbə hospitalına çatdırdı.
Mənim qəhrəmanlarım , 2 gənc həkim köməkçiləri Simon və Felix o dəqiqə cərrahiyyə otağına apardılar . Yaralarımı yudular. Başıma 10 tikiş qoydular.
O vaxtdan bəri hospitaldayam
O gündən Güney Sudan dövlətinin adamları , özəlliklə Kapoeta qəsəbəsinin adamları qayğımı çəkirlər
İnsanlar pul gətirirlər
Məktəbli qızlar eşidən də ki onların qəsəbəsinin yaxınlığında bir ağ adamı ölümcül döyüblər
Mənə toyuq ətiylə kartof qızartması , makaronla ət gətirirdilər
Həkimlərim Simon və Feliks mənim otağımda yatırdılar və yaxşıca qayğıma qalırdılar , sanki öz qardaşlariyam. insanlar məni günorta və axşam yeməklərinə çağırırlar
Məni küçədə görəndə mənim kədərimi ağrılarımı paylaşırdılar, sanki onların başına gəlib.
Mən necə sevməyim Afrikanı, hə?
Vəziyətimə gəldikdə Sol qolum qırılıb
Kürək sümüklərimdə çatlar var, sağ qulağım yarı kardır.
Amma ümumi vəziyyətim yaxşıdır. Gəzirəm , gülürəm danışıram
Hər şey yaxşı olacaq
Ancaq təəssüf hissiylə deyirəm ki , dostlar, velogəzintim sona çatdı
İndi sənədsiz kağızssız əvvəlkindən daha azadam"

Yaşarın bu gün yazdığına görə isə artıq vəziyyəti bir qədər stabilləşib və hətta ona hücum edənlərlə bağlı da xəbər var. Belə ki, Cənubi Sudan polisi onun cızdığı xəritə əsasında cinayətkarların kimliyini müəyyən etməklə yanaşı, onun pasportunu və yandırılmış velosipedini tapa bilib.

XS
SM
MD
LG