"Azərbaycan Suriyada kimyəvi silahdan istifadə olunmasının əleyhinədir". Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi müntəzəm olaraq bu məsələni izləyir və bu məsələ ilə bağlı BMT-yə üzv ölkələrin nümayəndələri ilə məsləhətləşmələr aparır.