Accessibility links

Acıq Cəmiyyət Fondu “Azərbaycanda insan hüquqları pozuntularının geniş fəsadları“ mövzusunda tədbir keçirib


Vaşinqtonda yerləşən Acıq Cəmiyyət Fondu "Azərbaycanda insan hüquqları pozuntularının geniş fəsadları" mövzusunda tədbir keçirib.

Müzakirələrdə Avropa Sabitlik Təşəbbüsü Mərkəzi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi USAID-in təmsilçiləri iştirak edib.

Məruzəçilər son zamanlar Azərbaycan hökumətinin QHT-lər, fəallar, dissidentlər və vətəndaş cəmiyyətlərinə qarşı artan təzyiqlərindən narahatlıqlarını ifadə edib.

Azərbaycan hökumətinin kürü və digər bahalı hədiyyələrlə Avropa Şurasının dəstəyini satın almaq, demokratiya və insan haqları sahəsində acınacaqlı vəziyyəti tənqid edənləri susdurmaq üçün istifadə etdiyindən danışılan kürü diplomatiyasına toxunulan tədbirdə deyilib ki, Qərbə inteqrasiya etdiyini nümayiş etdirən Azərbaycan son 6 ay ərzində QHT-lər və digər təşkilatlara təzyiqlər göstərir. Bir sıra beynəlxalq qurumların bunlara dair narahatlıqlarını ifadə etməsinə baxmayaraq, rəsmi Bakı tənqidlərə əhəmiyyət vermir.

Avropa Şurasında Azərbaycanda siyasi məhbusların mövcud olmadığına səs verməsinin Azərbaycana yaşıl işıq olduğu vurğulanıb. Siyasi məhbuslar məsələsinin ən yüksək səviyyədə gündəmə gətirilməsi, o ölkəyə qarşı real sanksiyaların tətbiqi və viza məhdudiyyətlərinin qınanılması ilə Azərbaycanı utandırmağın vacibliyini önə çəkilib. İlqar Məmmədov, Anar Məmmədli, Leyla və Arif Yunusların həbsi bunlara nümunə kimi göstərilib.

Deyilib ki, Azərbaycanın dünyəvi, enerji təhlükəsizliyinə malik olan demokratik ölkə imeci yaratması nailiyyətsizliyə uğrayıb. Belə ki, Azərbaycan Avropanın enerji tələbatının yalnız 2-4 faizini təmin edir.

Müzakirələr zamanı Leyla Yunus və Rəsul Cəfərovun siyasi məhbusların siyahısını hazırladıqlarını, Saxarov kimi risk altına girdikləri deyilib.

Tədbir iştirakçıları Azərbaycanda əsasən 3-demokratik inkişaflar, təhlükəsizlik sahəsində əməkdaşlıq və enerji diversifikasiyası sahələrində iş aparılmasının mühümlüyünü önə çəkib.

Qeyd edilib ki, bir sıra sahələrdə ABŞ və Azərbaycan arasında nailiyyətlərə baxmayaraq, insan haqları, insan qaçaqmalçılığı və əmək qanunları kimi mühüm məqamlarda görülməli çox iş var.

Anti-Amerikanizm və anti-qərb siyasəti ilə qüdrətini əldə saxlamaq istəyən hökumət hər bir ölçüyə əl atır. Beynəlxalq ictimaiyyət bu kimi hallara yol verilməməsində müxtəlif mexanizmlərdən istifadə edə bilər.

Lakin tədbir iştirakçıları Azərbaycanın əhəmiyyətini vurğulasalar da, əsas prinsiplərdən imtina edilməyəcəyini qeyd edib. Azərbaycanda sanksiyalar tətbiq edələn Belarus və Rusiyadan iki dəfə çox siyasi məhbus olduğunu deyən məruzəçilər onların dərhal azad edilməsinə yollar tapılmasının vacibliyini vurğulayıb.

Tədbirdə son zamanlar bir neçə məhbusun əfvi alqışlansa da, məhbusların açıq şəkildə alçaldılması və onların məhbəslərdə saxlanma şəraitlərinin ağırlığını tənqid edilib.

Məruzəçilər Azərbaycanda QHT-lərin fəaliyyətinə imkan verilmədiyini, hökuməti tənqid edən hər bir kəsin həbs və ya şantaj edildiyini deyib. Buna nümunə kimi Xədicə İsmayılovanın özəl həyatından video yayımlanması və onun hədələnməsi göstərilib.

XS
SM
MD
LG