Mərkəzi Seçki Komissiyasının Bakı vaxtı ilə saat 10-da açıqladığı məlumata görə, ölkə boyu seçicilərin 12.57 faizi səsvermədə iştirak edib.
Yerli müşahidəçilər və bir çox müxalif yönümlü namizədlərin vəkilləri xəbər verir ki, seçki məntəqlərində qanun pozuntuları qeydə alınıb. Bəzi müşahidəçilərlə seçki məntəqələrinin üzvləri arasında mübahisələr yaranıb. Lakin gərginlik müşahidə edilmir və qarşıdurmalar yoxdur.
Seçki prosesində problemlər yaranır."
23 saylı Nəsimi-Səbail seçki dairəsində məntəqələrdən birində müşahidəçi olan Lamiyə Bayramova seçki prosesində baş verən problemlərlə bağlı danışır.
Müşahidəçilər üçün ayrılan yerin seçki qutularından uzaqda olduğu və müşahidəçilərə çəkiliş etməyə və ya ayağa durmağa icazə verilmədiyi deyilir.
Amerikanın Səsinin əməkdaşına çəkiliş etməyə maneə törədilib