Seçki prosesində problemlər yaranır."
23 saylı Nəsimi-Səbail seçki dairəsində məntəqələrdən birində müşahidəçi olan Lamiyə Bayramova seçki prosesində baş verən problemlərlə bağlı danışır.
Mərkəzi Seçki Komissiyasının Bakı vaxtı ilə saat 10-da açıqladığı məlumata görə, ölkə boyu seçicilərin 12.57 faizi səsvermədə iştirak edib.
Yerli müşahidəçilər və bir çox müxalif yönümlü namizədlərin vəkilləri xəbər verir ki, seçki məntəqlərində qanun pozuntuları qeydə alınıb. Bəzi müşahidəçilərlə seçki məntəqələrinin üzvləri arasında mübahisələr yaranıb. Lakin gərginlik müşahidə edilmir və qarşıdurmalar yoxdur.
Mehman Hüseynov: "Mən əminəm ki, Prezident gəlib desə idi ki, bu səhvdir, siz ona belə cavab verə bilməyəcəkdiniz."
Hüquqşünas, 34 saylı Xətai ikinci Seçki Dairəsindən namizəd Səməd Rəhimli Amerikanın Səsinə bildirib ki, seçici fəallığı aşağıdır. O bunu həm də hava şəraiti ilə əlaqədar ola biləcəyini bildirib.
Onun sözlərinə görə, seçki məntəqələrində artıq müəyyən qanun pozuntuları var. Onu narahat edən faktlar arasında bülletenlərin masa üzərinə qoyulmaması, müşahidəçilərə çəkiliş aparmlarına mane olunması və seçki bülletenlərinin atıldığı qutuların yarıqlarının nəzərdə tutulan standartdan çox böyük olmasıdır.