Accessibility links

İran və Azərbaycan dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair razılıq imzalayıb


İran və Azərbaycan Avropadan Cənubi Asiyaya yüklərin daşınması üçün planlaşdırılmış dəmir yolu marşrutunun onların payına düşən hissəsinin tamamlanması haqda razılıq əldə edib. Bu haqda İranın dövlətə məxsus mediası məlumat verib.

İRNA-nın verdiyi məlumata əsasən, İran prezidenti Həsən Ruhani və Azərbaycan prezidenti İlham Əliyev arasında danışıqlardan sonra iki ölkə dəmir yolu sistemlərinin sınaq əsasında birləşdirilməsinə dair razılıq imzalayıb.

Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi adlanan planlaşdırılmış yük marşrutu Avropa və Cənubi Asiya ölkələrini İran, Azərbaycan və Rusiyanın dəmir yolları vasitəsilə birləşdirilməsini nəzərdə tutur. Yüklərin çatdırılması xidmətləri İranın liman şəhəri olan Bəndər Abbas və Hindistanda Mumbay arasında həyata keçiriləcək.

Azərbaycan və İran arasında dəmir yolu əlaqəsinin birləşdirilməsinə dair sənəd Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri zamanı imzalanıb.

Azərbaycan prezidentinin İrana səfəri martın 5-də başlayıb.
İlham Əliyev və Həsən Ruhani arasında məhdud tərkibdə, daha sonra isəgeniş tərkibdə görüşlər keçirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG