Accessibility links

'Azercell'in əsas təsisçisi Azərbaycandan niyə gedir?


Bu barədə şirkətin 2016-cı illə bağlı hesabatında bildirilib

“Azercell”in əsas təsisçisi “Telia Company” Azərbaycandakı fəaliyyətini məhdudlaşdırıb.

Bu barədə şirkətin 2016-cı illə bağlı illik hesabatında bildirilib.

Hesabatda deyilir ki, “Telia Company” Avrasiya məkanında (Qazaxıstan, Azərbaycan, Özbəkistan, Tacikistan, Gürcüstan, Moldova və Nepal) fəaliyyətini məhdudlaşdırmaq və bir müddət sonra regionu tərk etmək qərarını verib.

Şirkət bunu həmin bazarlarda hökumət müdaxilələri, səhmdarların öz öhdəliklərini yerinə yetirməsini əngəlləyən səbəblərlə izah edib.

“Telia Company” öz payını Azərbaycanda kimə satdığını açıqlamasa da, “ölkə.az” saytı onun öz payını “PaşaHoldinq”ə satdığını yazıb.

AzadlıqRadiosu məsələ ilə bağlı “Telia Company”yə sorğu ünvanlayıb. Həftə sonu olduğundan “Paşa Holdinq” və “Azercell”lə əlaqə saxlamaq mümkün olmayıb.

“Azercell” şirkəti rəsmi saytında şirkət barədə məlumatını yeniləməyib. Şirkət özü barədə məlumatda bildirir ki, hazırkı 100% sərmayədarı Türkiyənin "Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A.Ş." şirkətidir.

Azadlıq radiosunun məlumatına görə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Məlumat Layihəsinin (OCCRP) jurnalistləri bir neçə il öncə aşkar etmişdilər ki, “Azercell”də hökumətin payı müəmmalı yollarla Azərbaycan prezidentinin ailəsinə bağlılığı olan şirkətlərə ötürülüb.

XS
SM
MD
LG