31 mart-Azərbaycanalıların Soyqıqırm günüdür. Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il fərmanı ilə 31 mart soyqırım günü kimi qeyd edilir.
Bu gün ölkənin elmi mərkəzlərində, kitabxanalarında, ali məktəblərində, xaricdəki diplomatik nümayəndəliklərində soyqırımla bağlı tədbirlər keçirilir. Soyqırım qurbanlarının kütləvi dəfn olunduğu məzarlıqlar ziyarət edilir, məscidlərdə qurbanların ruhuna dualar oxunur.
1918-ci ilivə martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, o cümlədən Cənubi Azərbaycanda (İran) və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Soyqırım nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib.
Tarixi məlumatlara görə 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 30 mindən çox azərbaycanlını qətlə yetirilib, 10 minlərlə insanı öz torpaqlarından qovulub. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılıb 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub. lrəvan azərbaycanlılarının o zaman ermənicə nəşr edilən "Aşxadavor" (Əməkçi) qəzetinin 2 noyabr 1919-cu il tarixli nömrəsində dərc edilən müraciətində deyilir ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində azərbaycanlıların yaşadığı 88 kənd dağıdılıb, 1920 ev yandırılıb, 131 min 970 nəfər öldürülüb.