Accessibility links

Azərbaycanla İran arasında 11 sənəd imzalanıb


İlham Əliyev və Həsən Ruhani
İlham Əliyev və Həsən Ruhani

Azərbaycan prezidenti İlham Əliyev İranda rəsmi səfərdədir. Fevralın 23-də president İlhsam Əliyev və İran prezidenti Həsən Ruhaninin təkbətək və geniş tərkibdə görüşləri olub.

Görüşdən sonra sazişlər paketi imzalanıb.

İlham Əliyev və Həsən Ruhani
İlham Əliyev və Həsən Ruhani

MEHR agentliyinin məlumatına görə, imzalanan sənədlər arasında Fövqəladə halların aradan qaldırılmasında əməkdaşlıq haqqında, Gömrük məsələlərində əməkdaşlıq haqqında, Baytarlıq sahəsində əməkdaşlıq haqqında Sazişlər var.

Həmçinin Elektrik enerjisinin nəqli haqqında, iki ölkənin dəmir yollarının birləşdirilməsi haqqında, Astara-Astara dəmiryolu körpüsünün tikintisi üzrə əməkdaşlıq haqqında çərçivə sazişləri imzalanıb.

Bundan başqa, iki ölkənin Səhiyyə Nazirlikləri arasında Səhiyyə sahəsində Memorandum, SOCAR Dövlət Neft Şirkəti və İranın Milli Neft Şirkəti arasında, SOCAR və İranın Ghadir investisiya şirkəti arasında memorandumlar imzalanıb.

APA agentliyinin verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Azərbaycan həmişə İrana tətbiq edilən sanksiyaların əleyhinə olub və beynəlxalq arenalarda öz fikrini bildirib.

Prezident Əliyev İrana tətbiq edilən sanksiyaların götürülməsindən çox şad olduğunu deyib, İran xalqını və prezidentini təbrik edib.

İlham Əliyev və Həsən Ruhani
İlham Əliyev və Həsən Ruhani

İran prezidenti Həsən Ruhani bildirib ki, İran regional problemlərin hərbi yolla deyil, siyasi yollarla həllinə inanır.

“Regionda sülh, stabillik və təhlükəsizliyin olmasını istəyirik. Biz gücümüzü birləşdirdikcə bir sıra regional problemlərlə daha yaxşı mübarizə apara bilərik".

Ruhani deyib ki, azərbaycanlı həmkarı ilə son 2 il yarımda 5-ci dəfədir görüşür.

“Hər görüşdə iki dost, qardaş və qonşu ölkə arasında ikitərəfli əməkdaşlıq sahəsində əldə olunan irəliləyişlər müzakirə olunur”.

H. Ruhani qeyd edib ki, Azərbaycan prezidenti ilə görüş zamanı vacib siyasi məsələlər, habelə iqtisadi və mədəni sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

“Cənubla şimalı birləşdirən Astara-Astara tranzit dəhlizi ilə bağlı ilin sonunadək vacib irəliləyişin şahidi olacağıq”, o qeyd edib.

İlham Əliyev və Həsən Ruhani
İlham Əliyev və Həsən Ruhani

Agentlik bildirir ki, prezidentlərin görüşündə həmçinin energetika, neft-qaz, Xəzərin ehtiyatlarının bölünməsi və birgə istifadəsi barədə konstruktiv danışıqlar aparılıb. Görüşdə islam dini ilə bağlı məsələlər və Suriya problemi də müzakirə edilib.

İranın neft naziri Bijan Zanqane isə prezidentlərin görüşündən öncə bildirib ki, prezident Ruhani Azərbaycan prezidentinə Xəzərdə neft-qaz yataqlarının istismarı və mübadiləsi üzrə təkliflər təqdim edəcək.

MEHR agentliyi bildirir ki, Tehranın təklifləri iki ölkənin dənizdə neft-qaz yataqlarının birgə işlənməsi, həmçinin neft-qaz ticarətinin genişləndirilməsinə aiddir.

İranın neft naziri Bijan Zanqane Tehranın Azərbaycanla xam neft və qaz mübadiləsinə hazır olduğunu bildirib. O qeyd edib ki, İ.Əliyevin səfəri çərçivəsində bu mövzu yüksək siyasi səviyyədə - iki dövlət başçısının görüşündə müzakirə ediləcək.

Zanqane həmçinin qeyd edib ki, Xəzər dənizində neft hasilatı xərcləri İran və qonşu ölkələr üçün olduqca çoxdur; Xəzəryanı ölkələr arasında əməkdaşlıq xərclərin azaldılmasına gətirib çıxaracaq.

Milli Qaz Şirkətinin (NIGC) direktoru Həmid Reza Araqi isə gündəlik 50-60 mln. kub metr təbii qazın nəqli ilə bağlı Rusiya və Azərbaycanla danışıqlara başlandığını bildirib.

XS
SM
MD
LG