Accessibility links

Azərbaycan ilə Türkiyə hərbi, hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - ekspert rəyi


Türkiyədə səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənov bu gün bu ölkənin milli müdafiə naziri Hulusi Akarla görüşüb.
Türkiyədə səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənov bu gün bu ölkənin milli müdafiə naziri Hulusi Akarla görüşüb.


Türkiyədə səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənov bu gün bu ölkənin milli müdafiə naziri Hulusi Akarla görüşüb, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən qəbul edilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, görüş zamanı ikitərəfli, regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib, müdafiə sənayesi sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun Amerikanın Səsinə şərhi
please wait

No media source currently available

0:00 0:01:42 0:00

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə isə görüüşdə görüşdə regional təhlükəsizlik məslələri ilə yanaşı Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə bildirib ki, Azərbaycan müdafiə nazirinin Türkiyəli həmkarı ilə görüşü iki ölkə rasındakı hərbi ittifaq daha da gücləndirəcək.

“Müharibə və ondan sonrakı dövrdə Azərbaycanla Türkiyə arasında hərbi strateji müttəfiqlik daha da artıb. Bunu artıq Rusiya da qəbul edir.”

Ekspert iki ölkə arasında 2021-ci lin 15 iyununda Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsinin bu gün Azərbaycan parlamentində ratifikasiya edildiyini deyib.

“Bəyannamə ratifikasiya edilən gün Azərbaycanın müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb. Bu o deməkdir ki, hərbi ittifaq daha da güclənəcək. Mümkündür ki, hərbi sənaye kompleksləri iki ortaq hərbi texnika istehsalına başlasın. Azərbaycanın gələcəkdə Türkiyənin istehsal edəcəyi hərbi təyyarələrinə maraq göstərir. Hətta onlara pay sahibi də ola bilərik. Amma ən vacib məsələ Türkiyənin hərbi bazalarının Azərbaycanda mövcudluğunu təmin etməkdir. Çünki Rusiyanın, İranın təzyiqləri ilə üzləşirik. Hesab edirəm ki, Zakir Həsənovun Ankaraya səfəri zamanı da bu məsələlər də müzakirə olunacaq.”

Azərbaycanın Türkiyə vasitəsi ilə NATO-ya inteqrasiyasına gəlincə ekspert deyib ki, hazırda Azərbaycanın NATO-ya üzvlük məsələsini gündəmdə olduğunu düşünmür.

“NATO-ya qaldıqda Azərbaycan Ordusu NATO standartlarını mənimsəyir. Tükiyənin rolu burada böyükdür. Azərbaycanın NATO-ya üzvlük məsələsini gündəmdə olduğunu düşünmürəm. Burada Rusiya amilini də nəzərə almaq lazımdır. Onsuz da Azərbaycanı NATO-ya qəbul etməyəcəklər. Amma NATO-ya üzvlüyü hədəf götürsək Rusiya və İran tərəfindən ciddi təzyiqlərlə üzləşə bilərik,” ekspert belə düşünür.

XS
SM
MD
LG