Accessibility links

Paşinyan Dağlıq Qarabağ ətrafında gərginliyi azaltmaq üçün beynəlxalq ictimaiyyətə müraciət edib


Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın separatçı regionda sülhməramlı qüvvələrə rəhbərlik etmək üçün yüksək səviyyəli ordu komandirlərindən birini təyin etməsindən sonra Azərbaycanla Dağlıq Qarabağla bağlı artan gərginliyi azaltmaq üçün beynəlxalq ictimaiyyəti daha geniş iştiraka çağırıb.

Aprelin 27-də hökumət iclasında çıxış edən Paşinyan Azərbaycanı Şuşi bölgəsində (azərbaycanca Şuşa) nəzarət-buraxılış məntəqəsi qurmaqla təxribat törətməkdə günahlandırıb və faktiki olaraq dörd icma ilə əlaqənin kəsildiyini deyib.

Yerevan artıq Bakını əsasən ermənilərin məskunlaşdığı rayonu Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizinin blokadası ilə gərginliyi qızışdırmaqda ittiham edib.

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun bildirdiyinə görə, keçid məntəqəsi "Ermənistanın həmin yoldan silah daşıması və digər qeyri-qanuni fəaliyyətlər üçün sui-istifadəsini davam etməsi fonunda təhlükəsizliklə bağlı narahatlıqlara cavab olaraq" yaradılıb.

Bakı dekabrın 12-də başlayan blokadanın hökumətin göstərişi ilə hərəkət etdiyi deyilən Azərbaycanın "ekologoya fəallarının" işi olduğunu deyib. Azərbaycan rəsmiləri yolun humanitar məqsədlər üçün açıq olduğunu desələr də, Yerevan bu iddianı açıq şəkildə rədd edir.

Paşinyan Bakını təkcə regionda gərginliyi artırmaqda deyil, həm də onu Dağlıq Qarabağda humanitar böhranı dərinləşdirməkdə günahlandırıb.

"Bu, bizim hamımızın, beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalıdır. Rusiya Federasiyasından başqa heç kim Laçın dəhlizinə nəzarət etməməlidir" - deyə, Paşinyan əlavə edib.

Paşinyan bu çağırışı Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Cənubi Qafqazda gərginliyin azaldılması ilə bağlı danışıqlar aparmaq üçün Azərbaycana səfərinə başladığı vaxt edib. Artıq Ermənistan keçid məntəqəsi ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət edib.

XS
SM
MD
LG