Accessibility links

“Azadlıq” çapını bərpa edəcək


“Azadlıq” qəzetinin avqustun 29-da çapı mümkün olmayıb. Qəzet yaranmış problemlə bağlı oxyucularından üzr istəyib.

“Azadlığ”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev Amerikanın Səsinə bildirib ki, qəzetin maliyyə problemləri kəskin pisləşib.

“Bu səbəbdən mətbəəyə maliyyə borcumuz yaranıb. Ona görə, qəzetin avqustun 29-da çapı mümkün olmayıb. Avqustun 30-da “Azadlığ”ın çapı bərpa olunacaq. Ancaq sonra qəzetinin çapı sual altındadır. Çünki maliyyə durumumuz hədsiz dərəcədə gərgindir”, o qeyd edib.

XS
SM
MD
LG