Bu gün ABŞ Dövlət Departamentinin brifinqində Amerikanın Səsinin müxbirinin sualını cavablandıran Dövlət Departamenti sözçüsü Patrik Ventrell Azadlıq Radiosunun peyk yayımlarının Azərbaycan hökuməti tərəfindən əngəllənməsinə dair xəbərlərə reaksiya verib.
Azadlıq Radiosu proqramlarının Azərbaycanda problemlərlə üzləşməsi haqda hesabatları gördüyünü təsdiq edən ABŞ rəsmisi məsələ ilə bağlı Azadlıq Radiosu və Azərbaycan rəhbərliyi ilə müzakirələr aparıldığını söyləyib.
“Biz düşünürük ki, Azadlıq Radiosu Azərbaycanın media məkanına töhfə verən mühüm media orqanıdır. Onun proqramları Azərbaycanda müstəqil və obyektiv media üçün böyük ehtiyac duyulan nümunə funksiyası daşıyır,” deyə Dövlət Departamentinin sözçüsü bildirib.
Cənab Ventrell əlavə edib ki, ABŞ Azərbaycanda media və söz azadlığını tam dəstəkləyir.
Son vaxtlarda Azadlıq Radiosu Azərbaycana yayımlanan proqramlarının "jamming" adlanan praktikaya əsasən əngəlləndiyini sənədləşdirib. Radio rəhbərliyi peyk siqnallarının qəsdən və sistematik şəkildə boğulduğunu güman edir.
Soyuq Müharibə dönəmində Sovet İttifaqının xarici radiostansiyalara qarşı geniş tətbiq etdiyi bu praktika beynəlxalq telekommunikasiya qaydalarına ziddir.