Accessibility links

ABŞ səfiri "Azadlıq-2015" seçki blokuna daxil olan partiya liderləri ilə görüşüb


ABŞ səfiri Robert Sekuta "Azadlıq-2015" seçki blokuna daxil olan siyasi partiya sədrləri ilə görüşüb
ABŞ səfiri Robert Sekuta "Azadlıq-2015" seçki blokuna daxil olan siyasi partiya sədrləri ilə görüşüb

Sentyabrın 8-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta "Azadlıq-2015" seçki blokuna daxil olan siyasi partiyaların sədrləri ilə görüşüb.

ABŞ səfiri Robert Sekuta "Azadlıq-2015" seçki blokuna daxil olan siyasi partiya sədrləri ilə görüşüb
ABŞ səfiri Robert Sekuta "Azadlıq-2015" seçki blokuna daxil olan siyasi partiya sədrləri ilə görüşüb

Azadlıq-2015" seçki blokunun seçki qərargahının sədri Bəybala Əbil Amerikanın Səsinə bildirib ki, görüşdə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Bütöv Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimov iştirak edib.

Görüşdə seçkiqabağı durum, Azərbaycan-ABŞ münasibətləri, siyasi qüvvələr arasında dialoq, demokratiya, insan haqları, Qarabağ məsələsi, siyasi məhbuslar və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG