Accessibility links

Azad söz qrupu Trampı Twitter istifadəçilərini blok siyahısından çıxarmağa çağırır


A screenshot, taken Aug. 11, 2018, shows President Donald Trump's Twitter account.
A screenshot, taken Aug. 11, 2018, shows President Donald Trump's Twitter account.

Azad söz qrupu bildirir ki, prezident Donald Tramp onlarla insanı Twitter hesabından blok etməyə davam edir, baxmayaraq ki, məhkəmə onun əməllərinin ABŞ Konstitusiyasının birinci düzəlişində qeyd olunan azad söz hüququnu pozduğuna dair qərar verib.

Nyu Yorkda yerləşən Kolumbiya Universitetinin nəzdində fəaliyyət göstərən The Knight First Amendment İnstitutu cümə günü Ədliyyə Nazirliyinə məktub göndərərək, prezidentin hələ də @realDonaldTrump hesabından 41 nəfəri blok etdiyini bildirib.

Qrup iddia edir ki, blok olunan insanların hər biri Tramp və ya onun siyasəti ilə bağlı xoşagəlməz tvitlər atandan sonra blok olunub.

“Birinci düzəliş prezidentin onu tənqid edən Twitter istifadəçilərini blok etməsinin qarşısını alır”– deyə vəkil Keyti Fallou bildirib.

ABŞ-ın Nyu Yorkdakı federal hakimi Naomi Reis Baçuold mayın 23-də Trampın onu məhkəməyə şikayət edən yeddi nəfəri blokdan çıxarmasına dair qərar verib. İyun ayında şikayətçilərin adı blok siyahısından çıxarılıb. Amma Baçuoldun qərarında cümə günü ünvanlanan məktubda adı çəkilən 41 istifadəçinin də adının siyahıdan çıxarılmasına dair göstəriş verilməyib.

Baçuold şikayətçilərin blokdan çıxarılmasına o, Trampın və ya başqa hökümət rəsmilərinin hesabına yazılan şərhlərin ictimaiyyətə açıq olduğunu və onların mövqelərinin bloklanmasının onların konstitusiyada yer alan azad söz hüquqularını pozduğuna dair qərar verəndən sonra göstəriş verib.

Tramp təxminən 54 milyon izləyicisi olan Twitter hesabından gündəmini irəlilətmək, siyasət qərarlarını açıqlamaq və tənqidçilərini qınamaq üçün istifadə edir. Tənqidçiləri blok etməklə onların Trampın tvitlərinə birbaşa cavab vermələrinin qarşısını alınır.

Ağ Ev məktubla bağlı şərh verməsə də, Ədliyyə Nazirliyi çərşənbə axşamı Baçuoldun qərarının “əsaslı şəkildə yanlış anlaşıldığını” bildirib.

Trampın hesabı “şəxsən Donald Trampa məxsusdur və onun tərəfindən nəzarət olunur, hökümət tərəfindən deyil” – deyə, müraciətdə yazılıb.

XS
SM
MD
LG