Accessibility links

AZAD Cabbar Savalanın həbsini pisləyir


AZAD Cabbar Savalanın həbsini pisləyir
AZAD Cabbar Savalanın həbsini pisləyir

AZAD ABŞ-ın Azərbaycanda yeni səfiri Metyu Brayza və Dövlət Departamentinin Azərbaycan rəsmilərindən fəallar və müxalifət üzvlərinin təqiblərinə son qoymasını tələb etməsini istəyib

Amerikalı Azərbaycanlılar Demokratiya uğrunda AZAD təşkilatı Azərbaycan Xalq Cəbhəsi partiyasının gənc fəalı Cabbar Savalanın həbsi və daha bir gənc fəal Bəxtiyar Hacıyevin sərbəst hərəkət etməsinə məhdudiyyətlər qoyulması ilə əlaqədar pres-reliz yayıb. Təşkilatın açıqladığı sənəddə son həbs və gənc fəalların Azərbaycanda iqtidarda olan Əliyev rejimi tərəfindən təqib edilməsi qəti pislənir. Sənəddə deyilir ki, Yaxın Şərqdə baş vermiş son hadisələr korrupsiyalaşmış və öz xalqlarının fundamental azadlıqlarını pozan rejimlərin iddia etdiyi saxta “sabitlik” pərdəsi altında gizlənən potensial təhlükələri nümayiş etdirdi. AZAD ABŞ-ın Azərbaycanda yeni səfiri Metyu Brayza və Dövlət Departamentinin Azərbaycan rəsmilərindən vətəndaş hüquqları fəalları, müstəqil media və siyasi müxalifət nümayəndlərinin təqib edilməsinə son qoymasını tələb etməsini istəyib.

XS
SM
MD
LG