Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1099 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 271834 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 242293 nəfər müalicə olunaraq sağalıb, 3711 nəfər vəfat edib, aktiv xəstə sayı 25830 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 763, ötən müddət ərzində isə ümumilikdə 2 935 718 test aparılıb.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, ölkədə vurulan vaksinlərin ümumi sayı 947745, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 590914, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 356831 təşkil edir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Martın 22-dən yaşı 40-dan yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılıb.
Bununla belə Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 202 vaksin vurulub.
Rəsmi məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 98, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 104 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 947947 birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 591012, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 356935 təşkil edir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.