Accessibility links

Azərbaycanlı zəvvar Həcc ziyarətində vəfat edib


Azərbaycanlı zəvvar Həcc ziyarətində dünyasını dəyişib
Azərbaycanlı zəvvar Həcc ziyarətində dünyasını dəyişib

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlardan biri dünyasını dəyişib.

Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, dünyasını dəyişən zəvvar Ağdam rayonundan olan 69 yaşlı Şükürov Bəhmən adlı şəxsdir.

Ürək tutmasından dünyasını dəyişən Şükürov Bəhmən Səudiyyə Ərəbistanında dəfn olunacaq.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.

Avqustun 2-də Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu yola düşmüşdü. Sonuncu qrupun isə dünən, avqustun 4-də yola düşdüyü bildirilirdi.

Bu il Azərbaycanda Həcc ziyarətində zəvvarlara ayrılan kvota tam dolub, kvota 1400 nəfər olub.

2018-cu ildə Azərbaycandan Həcc ziyarətinə 1440 nəfərlik kvota ayrılmışdı. Bu il sayda azalma olsa da, qiymətlərdə 75 dollarlıq bahalaşma baş verib. 2019-cu ildə Həcc ziyarəti bir zəvvara 4225 dollara (ötən il 4150 dollar) başa gəlib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqlamasına görə, bu il Qurban bayramı Azərbaycanda 12-13 avqust tarixlərində qeyd ediləcək. Həcc ziyarətləri, adətən, Qurban bayramları vaxtı icra edilir.

Son illər Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayında ümumən azalma var.

İslamda Həcc ziyarəti vacib şərtlərdən sayılır. Söhbət Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbənin ziyarətindən gedir.

XS
SM
MD
LG