Accessibility links

Azərbaycanda yüz kiloqramdan artıq narkotik tutulub


Bu gün, fevralın 8-də Azərbaycan hüquq mühafizə orqanları 100 kiloqramdan çox narkotik götürüb.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, (DSX) Azərbaycanın İranla sərhədində 73 kiloqram, Daxili İşlər Nazirliyinin məlumatına görə, Bərdə rayonunda 31 kiloqram narkotik götürülüb.

DSX-nin Mətbuat Mərkəzi bildirir ki, fevralın 7-də Sərhəd Qoşunları İranla sərhəddə Azərbaycanın Yardımlı rayonunun Abbasalı kəndi yaxınlığında sərhədboyu zolaqda 4 nəfər naməlum şəxsin hərəkətini müşahidə edib.

Əraziyə baxış zamanı ümumi çəkisi 73 kiloqram olan narkotik vasitələr və psixotrop preparatlar aşkar olu­na­raq götürülüb. Sərhəd pozucularından üç nəfəri, Yardımlı rayon sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin məlumatına görə isə Bərdə şəhər sakinindən tapança və 7 ədəd patron, ümumi çəkisi 31 kiloqrama yaxın narkotik vasitə və 1 200 ədədə yaxın güclü təsiredici xassəyə malik həblər, o cümlədən 23 kiloqram 900 qram heroin, 2 kiloqramdan artıq tiryək, 1 kiloqramdan artıq marixuana, 4 kiloqram 585 qram metamfetamin, 1100 ədəd metadon və 90 ədəd pregabalin-150 mg. həbləri aşkar edilərək götürülüb.

Bununla yanaşı, narkotik qaçaqmalçılığında ittiham edlilənlərin ailə üzvləri və vəkilləri hələ açıqlama verməyib.

Ümumilikdə son illər ərzində hüquq-mühafizə və gömrük orqanları, həmçinin Dövlət Sərhəd Xidməti İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən tonlarla narkotik tutub, onlarla insanı saxlayıb.

İki ölkə sərhəd təhlükəsizliyi məsələlərini dəfələrlə müzakirə etsə də, demək olar ki, rəsmi mənbələr hər həftə İrandan gətirilən narkotik vasitələrin tutulması barədə məlumatlar yayır. Bununla yanaşı, İranla sərhəddə silahlı insidentlər zamanı Azərbaycan sərhədçiləri də daxil olmaqla, bir neçə nəfər ölüb və ya yaralanıb.

XS
SM
MD
LG