Sunna Eyvarsdottir (İslandiya, Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi), AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ser Rocer Geyl (Böyük Britaniya) və Stefan Şennax (Avstriya) Azərbaycanda 400-dən çox məhbusun, o cümlədən siyasi məhbus sayılan 50-dən çox adamın əfv edilməsini alqışlayır.
"Mən humanitar mülahizələrlə çox sayda məhbusun, o cümlədən mənim Azərbaycanda qeydə alınmış siyasi məhbuslar barədə bu yaxınlardakı giriş memorandumunda adları keçən 50-dən çox adamın azad edilməsi barədə prezident Əliyevin qərarını alqışlayıram," Eyvarsdottir deyib.
"Günahsız adamlara qarşı bəzi ədalətsizliyə son qoyulmalıdır, ancaq hələ çox iş görmək lazımdır" , o əlavə edib.
Syasi məhbuslar problemi Azərbaycanın Avropa Şurasında üzvlüyünə lap əvvəldən xələl gətirir.Sunna Eyvarsdottir, AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi
"Son əfvin alqışlanmasına baxmayaraq, icra hakimiyyəti müstəqil məhkəmə sistemini əvəz etməməlidir, belə ki, məhkəmələr ədalətsizliyin və siyasi motivli həbslərin qarşısını almağa yönəlməlidir," Rocer Geyl bildirib.
"Mən Azərbaycan hakimiyyətini təcili olaraq Avropa Şurasının standartlarına və tövsiyələrinə uyğun olaraq məhkəmə sistemində kardinal islahat üzrə irəliləməyə çağırıram. Syasi məhbuslar problemi Azərbaycanın Avropa Şurasında üzvlüyünə lap əvvəldən xələl gətirir", digər həmməruzəçi Şennax bildirib.
"Azərbaycanda siyasi məhbusların bir hissəsinin yox, hamısının azad edilməsinin vaxtı çatıb," o qeyd edib.
Eyvarsdottir ayrıca, Geyl və Şennax isə birlikdə yaxın aylarda Azərbaycana səfər etmək niyyətindədir. Məqsəd faktların müəyyən edilməsidir. Siyasi məhbuslar məsələsi onların görüşünün gündəliyinə daxil edilib.