Accessibility links

Azərbaycanda media azadlığı - Ekspertlərin baxışı


Mayın 3-ü Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) təşkilatçılığı ilə Ümümdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş "Azərbaycanda Mətbuat Azadlığı" mövzusunda konfrans keçirilib.

Konfransda çıxış edən jurnalistlər, jurnalist təşkilatlarının nümayəndələri və hüquq müdafiəçiləri Azərbaycanda medianın durumunun acınacaqlı olduğunu bildirib, vəziyyətdən çıxış yolları barədə təkliflər səsləndirib.

Söhbət ancaq media azadlığından getmir, bütövlükdə söz azadlığının durumu kritikdir.
Mehman Hüseynov, Turan Agentliyinin direktoru

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev mətbuatın vəziyyətini kritik adlandırıb. O, misal kimi qanunvericiliyə edilmiş çoxsaylı neqativ dəyişiklikləri, saytların bloklanmasını, jurnalistlərə qarşı təqibləri, o cümlədən çoxsaylı məhkəmə proseslərini, həbsləri göstərib.

“Söhbət ancaq media azadlığından getmir, bütövlükdə söz azadlığının durumu kritikdir. Biz dəfələrlə vəziyyətdən çıxış yollarını təklif etmişik, lakin bu təkliflər nəzərə alınmayıb" , o qeyd edib.

"Yeni Nəsil" Jurnalist Birliyinin sədri Arif Əliyev media və islahatlar mövzusunda çıxış edib.

“Azərbaycanda Mətbuat Azadlığı" mövzusunda konfrans keçirilib
“Azərbaycanda Mətbuat Azadlığı" mövzusunda konfrans keçirilib

Əliyev hesab edir ki, ictimai fəallar aktiv olmalıdır və bu aktivlik vətəndaş cəmiyyətinin proseslərə nə dərəcədə təsir edəcəyini göstərir.

"Media öz müstəqilliyini bərpa etməlidir, çünki hal-hazırda öz peşə borcunu yerinə yetirməyə hazır deyil. 90-ci illərin sonlarında media bazarının 55 faizinə müstəqil mətbuat nəzarət edirdi. Təzyiqlər o vaxt da var idi. Bu gün isə bu nəzarət 3 faizdən çox deyil. Bu gün Azərbaycan cəmiyyəti və medianın azad qalmış hissəsi öz güvvəsini göstərmək gücünə malikdir və o güvvə daha çox göstərilməlidir" , o qeyd edib.

90-ci illərin sonlarında media bazarının 55 faizinə müstəqil mətbuat nəzarət edirdi. Təzyiqlər o vaxt da var idi. Bu gün isə bu nəzarət 3 faizdən çox deyil.
Arif Əliyev, Yeni Nəsil Jurnalistlər Birliyinin sədri

Media üzrə ekspert Ələsgər Məmmədli söz azadlığına törədilən əngəllərdən danışıb.

Məmmədlinin sözlərinə görə, Azərbaycanda ənənəvi media demək olar ki, sıradan çıxarılıb və sosial media önə keçib.

“Media və jurnalistlər özbaşına azad ola bilməz, bu mühiti yaradan tərəf olmalıdır. Məhkəmə qərarı olmadan 60-dan artıq sayt bloklanıb. İslahatlar qanunvericilikdən başlamanmalıdır. Qanunvericilik liberallaşmalıdır. Hökumət dəyişikliklər edib islahatçı imici yaratmaq istəyirsə, mətbuata müstəqillik verməlidir. Bu zaman media doğrunu göstərəcək" , ekspert bildirib.

Jurnalistikanın inkişafına Yardım Fondunun rəhbəri Qulu Məhərrəmli İctimai Televiziyadakı (İTV) durumdan danışarkən deyib ki, İTV ilk dövrdən AzTV-nin 5-ci təkərinə çevrilməyə başladı.

"İndi müəyyən dərəcədə dəyişikliklər baş verməyə başlayıb, yeni insanları efidə buraxmağa başlayıblar. Biz də cəmiyyət olaraq istəyirik ki, normal ictimai televiziya olsun və biz də normal bir kanala baxaq."

“Azərbaycanda Mətbuat Azadlığı" mövzusunda konfrans keçirilib
“Azərbaycanda Mətbuat Azadlığı" mövzusunda konfrans keçirilib

Digər çıxışlarda da hazırda ölkədə məhkəmə qərarı olmadan saytların bloklanması, ciddi senzuranın hökm sürdüyü, informasiya toplamaq imkanlarının ciddi şəkildə məhdudlaşdırılmasından danışılıb.

Ekspertlər Amerikanın Səsinə qısa müsahibələrində də Azərbaycanda mətbuat və söz azadlığı sahəsində ciddi islahatların lazım olduğunu deyib.

Mehman Hüseynov: Həbsdə olan jurnalistlərin azadlığına nail olmalıyıq

Mehman Hüseynov: Həbsdə olan jurnalistlərin azadlığına nail olmalıyıq
please wait

No media source currently available

0:00 0:01:08 0:00

Bu yaxınlarda həbsdən azadlığa çıxmış bloger Mehman Hüseynov bildirib ki, mətbuat azadlığı jurnalistlərin və reportyorların azadlığından başlamalıdır.

“Bu gün bir neçə jurnalistin həbsdə olması mətbuat azadlığının səviyyəsinin göstəricisidir. Biz azad mətbuatı bərpa etməli, həbsdə olan jurnalistlərin azadlığına nail olmalıyıq” , o qeyd edib.

Ələsgər Məmmədli: İqtisadi azadlıq olmayanda digər azadlıqlar effektiv olmur

Ələsgər Məmmədli: İqtisadi azadlıq olmayanda digər azadlıqlar effektiv olmur
please wait

No media source currently available

0:00 0:01:09 0:00

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli hesab edir ki, mətbuatın azadlığı üçün mənəvi dəyərlərlə yanaşı, iqtisadi durum da çox dəyərlidir.

“Medianın həm iqtisadi, həm də mənəvi azadlığı yoxdur. İqtisadi azadlığın təməlində reklam bazarının, sahibkarlıq təşəbbüsünün sərbəstliyi, lisenziyaların şəffaf qaydada verilməsi durur. Bu istiqamətlərdə problemlər varsa, deməli iqtisadi azadlıq yoxdur. İqtisadi azadlıqlar olmayanda digər azadlıqlar da effektiv olmur” , ekspert bildirib.

Rövşən Hacıbəyli: Azad mətbuat adına bir qəzet belə yoxdur

Rövşən Hacıbəyli: Azad mətbuat adına bir qəzet belə yoxdur
please wait

No media source currently available

0:00 0:00:58 0:00

Çapı dayandırılmış, saytına giriş bloklanmış Azadlıq qəzetinin redaktoru Rövşən Hacıbəyli hesab edir ki, ölkədə mətbua azadlığı yoxdur.

“Olmayan azadlıdan necə danışmaq olar? Azərbaycanda azad mətbuat adına bir qəzet belə yoxdur. Əvvəlki illərdə olduğu kimi jurnalistlər yenə təqib olunur, həbs olunur” , o bildirib.

Mustafa Hacıbəyli: Məqsəd söz azadlığını pozmaqdır

Mustafa Hacıbəyli: Məqsəd söz azadlığını pozmaqdır
please wait

No media source currently available

0:00 0:00:44 0:00

Mustafa Hacıbəyli barədə məhkəmə bu günlərdə 5 il 6 ay şərti cəza verib. Rəhbərlik etdiyi bastainfo.com saytına giriş bloklanıb.

“Məhkəmə hökmünün səbəbi hakimiyyətin senzura siyasətidir. Təzyiqlərlə üzləşməkdən əvvəl iki dəfə Baş Prokurorluğa çağırıldım, xəbərdarlıq etdilər. Bizə hakimiyyəti tənqid edən, istintaq orqanlarının xoşuna gəlməyən yazılar yazmamağı təklif etdilər. Biz bu təklifləri qəbul etmədik, azad sözə sadiq qaldıq. Ona görə bu təzyiqlərlə üzləşmişik. Məqsəd söz azadlığını pozmaqdır.”

Xalid Ağəliyev: Qanunvericliyə mürtəce dəyişikliklər edilib

Xalid Ağəliyev: Qanunvericliyə mürtəce dəyişiklıiklər edilib
please wait

No media source currently available

0:00 0:00:36 0:00

Ekspert Xalid Ağəliyev hesab edir ki, Azərbyacanda mətbuat azadlığını düzənləyən qanunvericilik sistemi yaradılıb.

“Sadəcə son 10-15 il ərzində, mənim fikrimcə, bu qanunvericliyin pisləşməsi, mürtəceləşməsi istiqamətində xeyli addımlar atılıb.”

Pərviz Həşimli: Məhkəmə qərarı olmadan saytımız bloklanıb

Pərviz Həşimli: Məhkəmə qərarı olmadan saytımız bloklanıb
please wait

No media source currently available

0:00 0:01:43 0:00

Pərviz Həşimli həbsdə olmuş jurnalistdir. O, Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınıb.

“Mən peşə fəaliyyətimə görə həbs olunmuşdum. Ancaq mənim həbsimdən xeyli müddət keçib. Ötən dövrlə müqayisədə baxarkən bu gün Azərbaycanda medianın durumu daha ağır olduğunun şahidi oluruq. Əvvəllər kimsə həbs ediləndə onun ətrafında bir hüquqi prosedurlar həyata keçirilirdi, kiməsə təzyiq etmək üçün bir hüquqi vasitələr tapılırdı. Amma bu gün Azərbaycanda presedentlər yaşanır. Məhkəmə qərarı olmadan xəbər saytları bloklanır. Mənim rəhbərlik etdiyim gününsesi.info xəbər saytı məlum Gəncə hadisələrində sırf obyektiv xəbərlər yaydığına görə, məhkəmə qərarı olmadan bloklandı. Bununla bağlı hətta Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar nazirinin müavinindən rəsmi məktub aldıq ki, saytın fəaliyyəti üçün hər hansı müdaxilə olmayıb. Amma reallıqda saytımıza Azərbaycan hüdudları çərçivəsində məhdudlaşdırma var. Bununla yanaşı eyni cavabı ölkədə internetin yayımını həyata keçirən qurum olan “Delta” Telekomdan da aldıq. Məlim oldu ki, ayrı-ayrı hüquq mühafizə orqanlarında xüsusi texniki imkanlar var ki, məhkəmə qərararları olmadan, özləri istədikləri vaxt, istədikləri xəbər saytını bloklasınlar” , Həşimli qeyd edib.

XS
SM
MD
LG