Oktyabrın 3-də Azərbaycanda koronavirus infeksiyasından daha 137 nəfər sağalıb, 108 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkədə 40 min 561 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 38 min 354 nəfər müalicə olunaraq sağalıb, 595 nəfər vəfat edib. Aktiv xəstə sayı 1612 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 132 min 327 test aparılıb. Bugünkü test sayı isə 5789-dur.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.
Ölkədə karantin rejimi tətbiq edilib və karantin rejimi noyabrın 2-dək davam edəcək.