Oktyabrın 17-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 528 yeni yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 44 317 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 39 903 nəfər müalicə olunaraq sağalıb, 623 nəfər vəfat edib, aktiv xəstə sayı 3 791 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 133, ötən müddət ərzində isə ümumilikdə 1 218 935 test aparılıb.
Ölkədə koronavirusa yoluxma halı artmaqda davam etməkdədir. Son günlər yoluxma halı bir neçə dəfə artıb. Dünən 509 nəfər COVİD-19 infeksiyasına yoluxub.
Nazirlər Kabineti yoluxma hallarının artmasını nəzərə alaraq karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan edilib. Ölkə üzrə orta ümumtəhsil məktəblərində noyabrın 2-dək tətil elan edilib. Bakı metrosunun fəaliyyəti dayandırılıb. Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.
Həmin vaxtdan ölkədə karantin rejimi tətbiq edilib və noyabrın 2-dək davam edəcək.