Accessibility links

Azərbaycanda həkim koronavirusdan ölüb


Zakir Xəlilov
Zakir Xəlilov

Aprelin 18-də səhər saatlarında Azərbaycanda təcili tibbi xidmətin həkimi Zakir Xəlilov koronavirus infeksiyasından vəfat edib.

Bu barədə Xəlilovun üzvü olduğu Müsavat Partiyası məlumat yayıb.

Məlumatda deyilir ki, Zakir Xəlilov Bakı şəhərində Yasamal rayonunda təcili tibbi xidmətdə həkim və tibb texnikumunda müəllim işləyib.

Partiyanın məlumatına görə, Zakir Xəlilovun 67 yaşı olub və iş zamanı koronovirusa yoluxub. Koronavirusa yoluxduqdan sonra bir həftədən artıq reanimasiya şöbəsində müalicə alıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

“Fədakar insan, hamıya həyatı boyu yardımçı olan, heç bir çətinlikdən qorxmayan mərd insan, dostumuz Zakir bəy özünü koronavirusa qarşı mübarizədə qurban verdi,” Müsavat Partiyası Nəsimi rayon təşkilatının sədri Afər Şirvanlı bildirib.

İcbari Tibbi Sığorta Agentliyindən məlumatı hələ dəqiqləşdirmək mümkün olmayıb.

XS
SM
MD
LG