Accessibility links

Azərbaycanda daha 18 nəfər koronavirusdan vəfat edib


Koronavirus
Koronavirus

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 099 yeni yoluxma faktı qeydə alınıb, 2 404 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 479 814 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 449 047 nəfər müalicə olunaraq sağalıb, 6 433 nəfər vəfat edib, aktiv xəstə sayı 24 334 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 274, ötən müddət ərzində isə ümumilikdə 4 814 503 test aparılıb.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 611 206, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 508 115, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 103 91 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılır.

XS
SM
MD
LG