Accessibility links

Azərbaycanda 6 ayda 322 nəfər intihar edib - Baş Prokurorluq müraciət yayıb


mental sağlamlıq
mental sağlamlıq

Azərbaycanda 2021-ci ilin birinci yarısında baş vermiş intihar hadisələri nəticəsində 322 nəfər şəxs həyatını itirib.

Bu barədə Azərbaycan Baş Prokurorluğu video müraciət yayıb.

“Bu faciəvi sonluqdan qaçmaq üçün psixoloji dəstəyə ehtiyacı olan insanları görməzdən gəlməməli, onlara laqeyd yanaşmamalıyıq. Həyat və insanlar sandığın qədər əzabverici deyil, dəyişməli olan baxış bucağındır! Qaranlıqdan sonra günəş mütləq doğacaq, həyatın kontrolunu ələ al!” prokurorluğun müracətində qeyd edilir.

Baş Prokurorluğun Mətbuat xidməti hesab edir ki, müasir dövrdə cəmiyyətin sağlam gələcəyini təhdid edən sosial problemlərdən biri də intihardır.

“Müxtəlif psixoloji (və ya sosial) problemlərin nəticəsi olaraq hər il minlərlə insan öz istəyi ilə həyatına son qoyur,” mətbuat xidməti qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG