Accessibility links

Azərbaycanda 2717 nəfər koronavirusa yoluxub, 31 nəfər vəfat edib


Aprelin 8-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2717 yeni yoluxma faktı qeydə alınıb, 1 341 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

Ölkədə son sutka ərzində 14 581, hazırkı dövrədək isə 2 977 593 test aparılıb. İndiyə qədər ümumilikdə 279 181 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 245 881 nəfər müalicə olunaraq sağalıb, 3811 nəfər vəfat edib, aktiv xəstə sayı 29 489 nəfərdir.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Operativ Qərargah bildirir ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 1 069 488, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 627503, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 396985 təşkil edir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Martın 22-dən yaşı 40-dan yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG