Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1117 yoluxma faktı qeydə alınıb, 1581 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 603 min 254 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 565 min 574 min 615 nəfər müalicə olunaraq sağalıb, 8 min 70 nəfər vəfat edib. Aktiv xəstə sayı 20 min 569 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 81, bu günə qədər isə ümumilikdə 5 milyon 666 min 464 test icra olunub.
Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.
Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 869 min 472, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 117 min 826, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 613 min 676 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 137 min 970 nəfər təşkil edir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.
Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.