Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi 2020-ci ildə İraqdan 194 uşağın ölkəyə gətirildiyini bildirib


2020-ci ildə İraq həbsxanalarında və uşaq evlərində yaşayan 194 nəfər Azərbaycan vətəndaşı olan uşaqlar Azərbaycana qayıdıb və müvafiq reabilitasiyadan sonra yaxınlarının himayəsinə verilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin illik hesabatanda bildirilir

Beynəlxalq Miqrasiya Təşkilatının 2019-cu ildə yaydığlı hesabatda deyilir ki, 2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən rəsmi məlumata əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.

XS
SM
MD
LG