Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi Şuşa şəhəri ilə bağlı bəyanat yayıb


Şuşa səhəri
Şuşa səhəri

Azərbaycanın Şuşa şəhərinin erməni silahlı qruplarının nəzarətinə keçməsinin 27 ili tamam olur.

Bu gün Azərbaycan ictimaiyyəti şəhərin müdafiəsində həlak olanların xatirəsini yad etmək üçün Bakı şəhərində və digər bölgələrdə Şəhidlər Xiyabanında anım mərasimləri keçirib, həlak olmuş insanların məzarlarını ziyarət edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, 1992-ci il mayın 8-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycanın tarixi şəhəri olan Şuşa işğal olunub.

Şuşa şəhəri (1992-ci ildən əvvəlki görünüşü)
Şuşa şəhəri (1992-ci ildən əvvəlki görünüşü)

“İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.”

Sənəddə deyilir ki, Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycan Respublikasına qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsidir.

Danışıqlar Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə nətəcələnməsə, Azərbaycan BMT Nizamnaməsində təsbit olunduğu kimi beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək hüququnu özündə saxlayır.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatından sitat

“Şuşada qeyri-qanuni məskunlaşma aparılmaqla, təqribən 4 min nəfər yerləşdirilib. Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhərağanın sifarişi ilə tikilən Yuxarı Gövhərağa (Cümə) məscidi ermənilər tərəfindən “bərpa” olunaraq fars məscidi kimi qələmə verilir. Bütün bunlar işğalçı tərəfin Şuşanın əzəli Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaq niyyətini açıq şəkildə nümayiş etdirir.”

Nazirlik bəyan edir ki, bütün bu cəhdlərin perspektivi yoxdur.

“Ermənistan tərəfi anlamalıdır ki, ərazilərin işğalı yalnız müvəqqəti xarakter daşıyır, Dağlıq Qarabağ bölgəsi həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaqdır. Ermənistan siyasi rəhbərliyinin bu ölkənin hərbi işğalı altında saxlanılan Şuşa şəhərinə səfər edərək burada qondarma “qələbə günü”nü qeyd etməsi Ermənistan tərəfinin növbəti təxribatı olmaqla yanaşı, bu ölkənin Azərbaycan ərazilərinin işğalında birbaşa iştirakını bir daha nümayiş etdirir.”

Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında və regionda davamlı sülhün təmin edilməsində ən maraqlı tərəfdir.

“Danışıqlar Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə nətəcələnməsə, Azərbaycan BMT Nizamnaməsində təsbit olunduğu kimi beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək hüququnu özündə saxlayır,” sənəddə qeyd edilir.

Ermənistan tərəfi Azərbaycan Xarici İşlər Nazirliynin bəyanatına hələ münasibət bildirməyib.

Şuşa şəhəri ndə dağıdılmış məhəllə
Şuşa şəhəri ndə dağıdılmış məhəllə

Azərbaycan tarixi mənbələrinə görə, Şuşa şəhərinin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırıblar.

XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb.

XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Azərbaycanın musiqi mərkəzinə çevrilib. Xalq arasında Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırlar.

Azərbaycan hökumətinin rəsmi məlumatına görə, Şuşanın işğalı nəticəsində azərbaycanlıların 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi dağıdılıb, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 22 klub, 31 kitabxana, 2 kinoteatrı, 8 muzey, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazası, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıdılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG