Accessibility links

Azərbaycan və İran sərhəddə avtomobil körpüsü və piyada keçidi tikəcək


Astara çayı üzərində tikilməkdə olan dəmir yolu körpüsü
Astara çayı üzərində tikilməkdə olan dəmir yolu körpüsü

Azərbaycan və İran Astaraçay üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisinə dair Anlaşma Memorandumu imzalayıb.

İmzalanma iyunun 9-da Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslam arasında Bakıdakı görüş zamanı baş tutub.

Azərbaycan Nazirlər Kabinetinin məlumatında deyilir ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm komponenti olan körpü, avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcminin, eyni zamanda, dövlət sərhədində buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artmasına şərait yaradacaq.

Xatırladaq ki, bundan öncə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Astara çayı üzərində dəmir yolu körpüsü və Astara stansiyasından (Azərbaycan) İran sərhədinədək olan 8,3 kilometrlik dəmir yolu xətti tikilib.

XS
SM
MD
LG