Accessibility links

Azərbaycan və İran nəqliyyat sahəsi ilə bağlı müzakirələr aparıb


Dekabrın 7-də Azərbaycan hökuməti ilə İran hökuməti arasında imzalanmış memeranduma uyğun olaraq Astaraçay çayı (Bakıdan 322 kilometr cənub) üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi ilə bağlı maliyyə, sərhəd, gömrük, ekologiya məsələləri müzakirə edilib

Bu barədə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, məsələlərin müzakirəsi məqsədilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov İranın Astara şəhərində İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xademi ilə görüşüb.

Səfər zamanı nazir müavini tikiləcək körpünün ərazisinə və Astara (İran) Terminallar Kompleksinə baxış keçirib və bu kompleksin yükaşırma imkanlarının artırılması ilə bağlı danışıqlar aparıb. Danışıqlar zamanı birgə layihələrin həyata keçirilməsinin sürətləndirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılıq əldə edilib.

Astara-Astara körpüsü Şimali-Cənub nəqliyyat dəhlizinin bir hissəsidir. Bu layihə çərçivəsində 2019-cu ildə Astara-Astara dəmir yol körpüsü istfadəyə verilib.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi Baltik ölkələri ilə Hindistan arasında İran vasitəsilə nəqliyyat əlaqələrini təmin etmək üçün nəzərdə tutulub. Şimal-Cənub nəqliyyat dəhlizinin digər marşrutlardan (xüsusən dəniz marşrutu ilə Suez kanalı vasitəsilə) əsas üstünlükləri nəqliyyat marşrutunu iki dəfə və ya daha çox azaldır.

XS
SM
MD
LG