Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb


Elmar Məmmədyarov və Zöhrab Mnatsakyan, ATƏT-in Minsk Qrupunun həmsədrləri
Elmar Məmmədyarov və Zöhrab Mnatsakyan, ATƏT-in Minsk Qrupunun həmsədrləri

Sentyabrın 23-də Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə sülh gətirmək, bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə fikir mübadiləsi aparılıb.

Görüşündə ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə sülh gətirmək, bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycan Xarici İşlər Nazirliynin məlumatından sitat


Bu barədə Azərbaycan Xarici İşlər Nazirliynin mətbuat xidmətinin məlumatında deyilir.

Nazir Məmmədyarovun ATƏT-in baş katibi Tomas Greminger ilə görüşündə Qarabağ mövzusu ilə bağlı fikri mübadiləsi aparılıb.

Elmar Məmmədyarov münaqişə zonasında vəziyyət barədə baş katibə məlumat verib, münaqişənin beynəlxalq normalar, BMT Təhlükəsizli Şurası, ATƏT və digər beynəlxalq təşkilatların qətnamələrinə uyğun olaraq həllinin vacibliyini vurğulayıb

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

Dağlıq Qarabağ münaqişəsi nəticəsində indiyədək respublikaya dəymiş zərərin məbləği hesablanıb
Dağlıq Qarabağ münaqişəsi nəticəsində indiyədək respublikaya dəymiş zərərin məbləği hesablanıb

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

ATƏT-in Minsk Qrupunun həmsədlərinin 9 mart bəyanatı

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.

XS
SM
MD
LG