Accessibility links

Azərbaycan və Ermənistan humanitar atəşkəsə razılıq verdi


Azərbaycan və Ermənistan 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, bu qərar ATƏT-in Minsk Qrupu həmsədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının Prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həmsədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.

Bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyi də təsdiq edib.

Atəşkəsin müddəti barədə məlumat verilmir.

Atəşkəs razılığına gəlinməsi Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanla oktyabrın 17-də apardığı telefon danışığından sonraya təsadüf edir.

"Xarici İşlər Naziri Sergey Lavrov hansı şəraitdə olursa olsun mülki şəxslərin tələfatının qəbuledilməz olduğunu bildirib. O, Moskva görüşü zamanı razılaşdırılmış humanitar atəşkəsə riayət edilməsinin vacibliyini vurğulayıb. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baza prinsipləri əsasında mahiyyət üzrə danışıqlara başlanılmasının zəruriliyi qeyd olunub," Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir..

XS
SM
MD
LG