Accessibility links

Azərbaycan və Ermənistan bir-birini mülki əhalini hədəf almaqda ittiham edir


Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu hissəsində gərginlik davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, iyulun 14-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu, Əlibəyli və Ağdam kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

Mətbuat Xidmətinin rəhbəri kənd sakinlərinə ziyan dəymədiyini bildirib.

Ermənistan tərəfi Azərbaycan qüvvələrini Tavuş vilayəti və Berd qəsəbəsində mülki əhalini hədəf almaqda günahlandırıb.

Ermənistan ombudsmanı Tvitterdə yazdığı mesajda Çinari kəndinin Azərbaycandan minamyot atəşinə məruz qaldığını və kənddə mülki məntəqələrə ziyan dəydiyini göstərən fotolar yayıb.

Hərbi rəsmilər cavab tədbirləri nəticəsində Azərbaycanın dron nəzarət sistemini və təmas xəttindəki istehkamlarını dağıtdığını bildirib.

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, gecə saatlarında Azərbaycan Ordusunun tankları hərəkətdə olub və erməni tərəfi atəş açıb.

Tivuz rayonunun Dondar Quşçu kəndinə düşən mərminin qəlpələri (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)
Tivuz rayonunun Dondar Quşçu kəndinə düşən mərminin qəlpələri (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)

Azərbaycan Müdafiə Nazirliyi səhər saatlarında sərhəddə sakitlik hökm sürdüyünü bildirib.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində (Bakıdan 440 kilometr qərb) iyulun 12-də və 13-də silahlı qarşıdurma olub.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, "artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan bölmələrinin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib".

This image contains sensitive content which some people may find offensive or disturbing.
Donda Quşçu kəndinə top mərmisi düşüb (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)
Donda Quşçu kəndinə top mərmisi düşüb (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)
This image contains sensitive content which some people may find offensive or disturbing - Click to reveal
Donda Quşçu kəndinə top mərmisi düşüb (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)

Nazirlik bildirir ki, Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu həlak olub, 4 hərbi qulluqçu isə yaralanıb.

Ermənistan mediası bu ölkənin Müdafiə Nazirliyinə istinadən bildirir ki, atışmalar zamanı, 5 hərbi qulluqçu və 2 polis əməkdaşı yaralanıb. İtki yoxdur.

XS
SM
MD
LG