Accessibility links

Azərbaycan və Ermənistanın silahlanma yarışı hara aparır?


Rusiyanın İskander taktiki raket sistemi
Rusiyanın İskander taktiki raket sistemi

Azərbaycanın Müdafiə Nazirliyi Belarus və İsraildən yeni raketlər aldığını açıqlayıb. Bu haqda ilk dəfə iyunun 11-də prezident İlham Əliyevin də qatıldığı Müdafiə Nazirliyinin Raket Qoşunlarının hərbi hissələrindən birinin açılışında məlumat verilib.

Həm Belarusdan alınan Polonez, həm də İsraildən əldə edilən “LORA” raketləri 300 kilometrdəki hədəfləri məhv etməyə qadirdir.

Ermənistan da 2016-cı ildə Rusiyadan əldə etdiyi İskander raketlərini nümayiş etdirmişdi.

Azərbaycan prezidenti İlham Əliyev Raket Qoşunlarının yeni hərbi hissəsinin açılışında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev Raket Qoşunlarının yeni hərbi hissəsinin açılışında iştirak edib

Bəs, tərəflərin bu silahlanma yarışı regiona nə vəd edir? Bu durum Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanlarına necə təsir edə bilər?

Altas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan özünümüdafiə üçün silahlanmaya məcburdur:

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

"Çünki işğalçı dövlətə - Ermənistana silahı Rusiya verir. Ermənistan bunu pulla almır, kredit və digər vasitələrlə əldə edir. Aldığı da müasir raketlərdir, məsələn "İskander". Bakı bu raketləri neytrallaşdırmaq üçün başqa növ raketlər almaq məcburiyyətindədir. Bu baxımdan da Belarusdan və İsraildən eyni tipli, daha güclü və uzaq hədəfləri vuran raketlər alınıb. Düşünürəm ki, bu son deyil, silahlanma yarışı gələcəkdə də davam edəcək".

Ermənistan xarici işlər nazirinin müavini Ruben Rubinyan deyib ki, Ermənistanla dost əlaqələri, ittifaq öhdəlikləri olan Belarusun Azərbaycana silah satmağı çox məyusedici və məntiqsizdir. O əlavə edib ki, onlar həm indi, həm də gələcəkdə bu məsələni lazımi səviyyədə qaldıracaqlar.

Qloballaşma və Region Tədqiqatlar Mərkəzinin rəhbəri Stepan Qriqoryan düşünür ki, ümumiyyətlə silahlanma istənilən münaqişənin sülh yolu ilə həllinə maneədir. O hesab edir ki, müharibəyə gətirəcək halların qarşısını almaq üçün yaxşı olardı ki, ölkələr münaqişədə olan dövlətlərə silah satmasınlar:

Rusiya, Belarus kimi dövlətlər regiona silah satmaqdan yayınmalıdır. Hətta Rusiya ATƏT-in Minsk qrupunun üzvüdür. Ona görə də arzuolunandır ki, o daha çox balanslı siyasət yürütsün. Əlbəttə, bu İsrail və Belarusa da aiddir, amma yenə onlar Minsk qrupunun üzvləri deyillər. Ona görə də deyə bilərlər ki, biz necə istəyirik elə də ticarət edirik. Amma hesab edirəm ki, münaqişəli dövlətlərə silah satmaq doğru deyil. Çünki nə qədər çox silahlanma olarsa, münaqişənin güc yolu ilə həlli variantı daha çox artır. Bu həm də Qarabağ münaqişəsinə aiddir".

AzadlıqRadiosu bu mövzuda Bakı sakinləri arasında qısa sorğu aparıb və onların fikirlərini öyrənib:

Həm Azərbaycan, həm də Ermənistan tərəfi hərbi gücünü özünümüdaifə üçün artırdığını bildirir. Əksər ekspertlər də bildirirlər ki, Azərbaycanın son aldığı raketlər Ermənistanın İskander raketlərinə cavabdır. Bu raketlər Rusiya hərbi sənayesinin ən son yeniliklərindən hesab edilir. Rusiya mənbələri "İskander-M" raketlərinin 500 kilometr məsafədən hədəfə dəqiq zərbə endirdiyini, nüvə başlığı da daşıya bildiyini qeyd edirlər.

Azərbaycanla Ermənistan artıq 30 ilə yaxındır münaqişə vəziyyətindədir. 1990-cı illərin əvvəlində keçirilmiş hərbi əməliyyatlarla Ermənistan silahlı qüvvələri Azərbaycanın Qarabağ regionu və ətraf rayonlarını işğal edib. 1994-cü ildə tərəflər atəşkəsə razılaşsalar da hələlik o zamandan bəri aparılan sülh danışıqları yekun nəticə vermir.

AzadlıqRadiosu

XS
SM
MD
LG