Accessibility links

Azərbaycan Silahlı Qüvvələrinin baş qərargah rəisi NATO baş qərargah rəislərinin toplantısına qatılıb


Baş qərargah rəisi Nəciməddin Sadıkov NATO baş qərargah rəislərinin toplantısında
Baş qərargah rəisi Nəciməddin Sadıkov NATO baş qərargah rəislərinin toplantısında

Yanvarın 14-də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov Brüsseldə NATO-nun mənzil qərargahında NATO Hərbi Komitəsinin “Qətiyyətli dəstək” formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən iclasında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iclasda “Qətiyyətli dəstək” missiyasının təlim, dəstək və məsləhət üzrə cari vəziyyətinə dair müzakirələr aparılıb.

Görüş iştirakçıları missiyanın gələcək inkişafına dair müvafiq qərarlar qəbul ediblər.

Azərbaycanın NATO ilə əlaqələri 1992-ci ildən başlayıb. Azərbaycan 1992-ci ilin martında əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub.

1994-cü il 3-4 mayda Azərbaycan prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında NATO Sülh naminə tərəfdaşlıq proqramının Çərçivə sənədini imzalayıb.

1999-cu ilin sentyabrından Azərbaycanın sülhməramlı taqımı Türkiyə taboru daxilində Kosovoda keçirilən sülhməramlı əməliyyatda iştirak edib.

Hazırda Azərbaycan sülhməramlıları NATO qüvvələri tərkibində Əfqanıstanda sülhyaratmada iştirak edir.

Azərbaycan 2004-cü ildə NATO-nun Fərdi Tərəfdaşlıq Əməliyyat Planına (FTƏP) qoşulub.

Əməkdaşlıq dövründə Azərbaycan NATO-nun çoxsaylı təlimlərində, treyninqlərində, təhsil və digər proqramlarında iştirak edib, NATO-nun Azərbaycanda onlarla tədbirləri keçirilib. Çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib. NATO Azərbaycan ərazilərinin minalardan təmizlənməsinin maliyyələşdirlməsində iştirak edib.

2015-ci ilin yanvarında Azərbaycan Silahlı Qüvvələrinin 94-nəfərlik kontingenti 6 aylıq rotasiya planına uyğun "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasında xidmətə başlayıb. 2018-ci ilin yanvarından orada Azərbaycan Ordusunun sülhməramlı kontingentinin şəxsi heyətinin sayı 120 nəfərə çatdırılıb. 1999-cu ildən müxtəlif regionlarda keçirilən sülhməramlı əməliyyatlarda Azərbaycan ordusunun 3000-dən artıq hərbi qulluqçusu iştirak edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG