Accessibility links

Azərbaycan pasportunun sahibləri 68 ölkəyə vizasız gedə bilər


İyulun 6-da Henley & Partners şirkəti müxtəlif ölkələrin pasport reytinqini əks etdirən ənənəvi dünya pasport indeksini dərc edib.

Son məlumatlara görə, səyahətlərə faktiki çıxışı olan pasportların nəzəri imkanları koronavirus pandemiyası səbəbindən əhəmiyyətli dərəcədə azalıb.

Belə ki, Avropa İttifaqı ölkələrində turizm 90 faiz azalıb. Bir sıra ölkələr sərhədləri bağlı saxlamağa davam edir.

Yaponiya pasportu İndeksdə birinci yeri saxlayır, bu o deməkdir ki, Yaponiya vətəndaşlarına dünyanın 193 ölkəsinin sərhədləri açıqdır.

Sinqapur 192 ölkəyə vizasız giriş ilə ikinci yerdədir, Cənubi Koreya və Almaniya 191 istiqamətə vizasız gediş ilə üçüncü yeri bölüşür. Lakin koronavirusla bağlı karantinə görə Yaponiya pasportlarının sahibləri 80-dən az istiqamətə çıxış əldə edə bilərlər, Sinqapur pasportları isə 75 istiqamətə çıxışa malikdirlər.

Pasportlar
Pasportlar

Azərbaycan başqa ölkələrin mövqelərində dəyişikliklər səbəbindən 74-cü yerdən 80-ci yerə enib. Hesabat dövründə ölkə vizasız gediş-gəliş haqqında müqavilə bağlamayıb. Azərbaycan pasportunun sahibləri dünyanın 68 ölkəsində vizasız hərəkət edə bilərlər.

Gürcüstan pasportu İndeksdə 54-cü, Ermənistan pasportu isə 84-cü yeri tutub.

Ekspertlər hesab edirlər ki, qlobal mobillik ən azı 2021-ci il ərzində ciddi şəkildə məhdudlaşdırılacaq ki, bu da dünya iqtisadiyyatına ciddi təsir göstərəcək, insanların imkanlarını xeyli azaldacaq.

XS
SM
MD
LG