Accessibility links

Azərbaycan-Ermənistan sərhədində yenidən vəziyyət gərginləşib


Raket və Artilleriya birləşmələri təlim keçirir
Raket və Artilleriya birləşmələri təlim keçirir

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gecə saatlarında vəziyyət yenidən gərginləşib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artilleriya atəşinə tutub.

Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir.

Ermənistan mediası da rəsmi mənbələrə istinadən sərhəddə atışmaların yenidən bərpa edildiyini bildirir.

İtkilər barədə məlumat verilmir.

Bakıda yüzlərlə insan cəbhə bölgəsinə yürüş etmək üçün toplaşıb. Yürüşçülər "Şəhidlər ölməz, Vətən bölünməz!" , "Qarabağ bizimdir!" "Döyüşə gedirik!" şüarları səsləndirib. Aksiya iki saatadək davam edib. Polis yürüşün qarşısını alıb, çoxsaylı insan saxalanılıb.

Bakıda çoxaylı insanlar Qarabağ şüarı ilə yürüş keçirir
Bakıda çoxaylı insanlar Qarabağ şüarı ilə yürüş keçirir

Azərbaycan Müdafiə Nazirliyi iyulun 12-də Tovuz rayonu istiqamətində (Bakıdan 440 kilometr qərb) Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə hücum etdiyini bildirirb.

Məlumatda qeyd edilib ki, Ermənistan silahlı qüvvələri artilleriya atəşlərindən istifadə edir.

“Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib”.

Müdafiə Nazirliyi bildirib ki, görülən adekvat tədbirlər nəticəsində qarşı tərəfə zərbə endirilib.

“O, itki verərək geri otuzdurulub. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb”.

Öz növbəsində, Ermənistanın mediası rəsmi mənbələrə istinadən Ermənistan Silahlı Qüvvələrinin itki vermədiyini bildirir.

XS
SM
MD
LG