Accessibility links

Azərbaycan Avropa Məhkəməsinin qərarlarını necə yerinə yetirir?


Azərbaycan Avropa Məhkəməsinin qərarlarını necə yerinə yetirir?
please wait

No media source currently available

0:00 0:03:48 0:00

Bir sıra ictimai-siyasi fəallar Avropa Məhkəməsinin onlara təyin etdiyi kompensasiyanın ödənişində qərəzli münasibətlə üzləşdiyini iddia edir. Onların sözlərinə görə, Avropa Məhkəməsinin onlar haqqında çıxarılmış qərarlarına yenidən baxılmır, hətta təzminatlarını da ala bilmirlər. Azərbaycan hökuməti bu addımının səbəbini rəsmi olaraq açıqlamır. İctimai fəal Qiyas İbrahimov da Avropa İnsan Haqları Məhkəməsinin qərarına görə təyin olunmuş kompensasiyanı ala bilmir. 2020-ci ilin fevralın 13-də Avropa İnsan Haqları Məhkəməsi gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovla bağlı qərar elan edib. Qərara görə, gənclərin hüquqlarının pozulduğu tanınıb və Azərbaycan hakimiyyəti onlara 72 min avro təzminat ödəməlidir. Vəkil Elçin Sadıqov deyir ki, kompensasiyanın ödənilməməsilə bağlı Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət səlahiyyətinə sahib Avropa Şurası Nazirlər Komitəsinə müraciət edilib. Jurnalist Seymur Həzinin həbsi ilə əlaqədar Avropa Məhkəməsinin çıxardığı qərar da 3 ildir ki, icra olunmayanlar sırasındadır. Jurnalist deyir ki, bu ona qarşı qərəzli münasibətin göstəricisidir. Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsinin qiymətləndirilməsi ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinin 2020-ci il hesabatında deyilir ki, 2020-ci ildə AİHM-nin qərarı ilə “ədalətli kompensasiya” ödəyən ölkələrin siyahısına Rumıniya (38 milyon avro) və Rusiya (11.5 milyon avro) başçılıq edirlər. Bu siyahıda altıncı olan Azərbaycan ona qarşı işlər üzrə 2020-ci ildə 804 min avro təzminat ödəyib. Hesabatda ölkələrin kompensasiyanı vaxtında ödəyib-ödəməməsinə də baxılıb. Azərbaycan 6 iş üzrə kompensasiyanı vaxtında, 18 iş üzrə vaxtından gec ödəyib. Məsələ ilə bağlı Prezident Administrasiyasından mövqe almaq mümkün olmayıb.

XS
SM
MD
LG