Accessibility links

Azərbaycan-Avropa İttifaqı biznes forumu keçirilib


Azərbaycan-Avropa İttifaqı biznes forumu
Azərbaycan-Avropa İttifaqı biznes forumu

İyunun 13-də 800 nəfərdən çox iştirakçısı olan Beşinci Azərbaycan-Avropa İttifaqı (Aİ) Biznes Forumunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han açıb.

Rəsmi şəxslər və işgüzar dairələrin nümayəndələri ikitərəfli biznes görüşlərində və forum panellərində gələcək əməkdaşlığın perspektivlərini müzakirə edib.

Bu barədə Aİ-nin Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda deyilir.

Şahin Mustafayev Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxış edir
Şahin Mustafayev Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxış edir

Mustafayev qeyd edib ki, forum Azərbaycan və Aİ arasında geniş münasibətlər gündəliyinin və iqtisadi əməkdaşlıq perspektivlərinin, qarşılıqlı ticarət və investisiya imkanlarının müzakirəsi üçün mühüm platformadır.

O, Azərbaycanda makroiqtisadi sabitlikdən və maliyyə sabitliyindən danışıb. 2019-cu ilin birinci rübündə ÜDM artımı 3%, o cümlədən qeyri-neft sektorunda 1,7% təşkil edib. Bu zaman qeyri-neft sənayesinin həcmi 16,1% artıb, inflyasiya 2,1% təşkil edib.

Mustafayev həmçinin Azərbaycanda aparılan islahatlar, investisiya mühitinin ardıcıl şəkildə təkmilləşdirilməsi barədə məlumat verib.

Han öz növbəsində "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyini vurğulayıb.

Yohannes Han Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxış edir
Yohannes Han Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxış edir

Onun sözlərinə görə, islahatlar və vətəndaşlar üçün real imkanların yaradılması qarşıda duran illərdə prioritet olaraq qalacaq.

"Aİ Strategiyasının əhatə etdiyi sektorlara nəzər yetirsək, Aİ və Azərbaycanın əlaqələrinin müxtəlif sahələrində - nəqliyyat, enerji, rəqəmsallıq və insanlararası münasibətlər ilə bağlı sektorlar - işlər həyata keçirildiyini görə bilərik və bu, hərtərəfli şəkildə davam etdirilməlidir," Hahn bildirib.

Aİ və Azərbaycanın əlaqələrin müxtəlif sahələrində - nəqliyyat, enerji, rəqəmsallıq və insanlararası münasibətlər ilə bağlı sektorlar - işlər həyata keçirildiyini görə bilərik və bu, hərtərəfli şəkildə davam etdirilməlidir.
Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han

Forumda Almaniya-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən Aİ-nin maliyyə dəstəyi ilə tərtib edilmiş 2019-cu il üçün Biznes Mühiti Hesabatı təqdim edilib. Hesabatda Azərbaycanda işləyən Aİ şirkətlərinin fikirləri əksini tapıb.

Tədqiqat vergi və gömrük sistemində, eləcə də təhsil və maliyyə sahələrində islahatların gücləndirilməsinin və yeni islahatların həyata keçirilməsinin vacibliyini vurğulayır.

Həmçinin, hesabat sahibkarlar arasında məlumatlılıq səviyyəsini artırmaq və yol xəritələrinin uğurlu şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə dövlət-özəl sektor dialoqunun gücləndirilməsinin vacibliyini vurğulayır.

Azərbaycanın müvafiq dövlət idarələrinin nümayəndələri hesabata münasibət bildiriblər və öz sektorlarında çətinliklərin aradan qaldırılmasına yönəlmiş islahatlar haqqında danışıblar.

Kənd təsərrüfatı, kommunikasiya (nəqliyyat, logistika və İKT) və turizm sektorları üzrə panellərdə ayrı-ayrı müzakirələr aparılıb.

Dövlət qurumlarının və mütəxəssislərin iştirakı ilə iqtisadi inkişafın, biznesin son imkanları və bu sahələrdə mövcud çətinliklər və onların aradan qaldırılması yolları müzakirə olunub.

Azərbaycan-Avropa İttifaqı biznes forumu keçirilib
Azərbaycan-Avropa İttifaqı biznes forumu keçirilib

Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin ikitərəfli əlaqələrlə bağlı məlumatında deyilir ki, Aİ Azərbaycanın ilk iqtisadi tərəfdaşı olub, ölkə ticarətində və xarici birbaşa investisiyalarda böyük pay sahibidir.

“Azərbaycanda hazırda 400-dən artıq Aİ şirkəti fəaldır. Aİ-nın maliyyələşdirdiyi illik Aİ-Azərbaycan Biznes Forumu debatların aparılması və şəbəkələşmə üçün platformadır ki, Azərbaycanda iqtisadi və biznes sahəsindəki cari dəyişiklikləri müzakirə etmək və Aİ-Azərbaycan arasında biznes münasibətlərini genişləndirmək məqsədi güdür. Aİ-Azərbaycan Biznes Forumu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən Almaniya-Azərbaycan Ticarət Palatası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə əməkdaşlıqda təşkil olunur.”

Azərbaycanda hazırda 400-dən artıq Aİ şirkəti fəaldır.
Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin məlumatından sitat

liÜmumiyyətlə, Aİ-Azərbaycan arasındakı əməkdaşlıq güclənməkdə davam edir. 2018-ci ilin sentyabrında qüvvəyə minmiş Tərəfdaşlıq Prioritetləri 2020-ci ilədək əməkdaşlığımızın çərçivəsini müəyyən edir. Aİ-Azərbaycan arasında yeni saziş ətrafında aparılan danışıqlar yekun mərhələdədir.

Aİ-nın Azərbaycana göstərdiyi ikitərəfli yardımın 2014-2020-ci illəri əhatə edən müddətdə 106 milyon avroya çatacağı ehtimal edilir ki, yardım xüsusilə də kənd təsərrüfatı və kənd yerlərinin inkişafı, eləcə də təhsil kimi əsas sahələrdə iqtisadiyyatın diversifikasiyası istiqamətində Azərbaycanın göstərdiyi cəhdlərin dəstəklənməsinə yönələcəkdir. Aİ-nın yeni planlaşdırılan yardımı ilə Tərəfdaşlıq Prioritetlərinin həyata keçirilməsi dəstəklənəcəkdir.

XS
SM
MD
LG