Accessibility links

Azərbaycan: 10 erməni hərbçi Ermənistana təhvil verilib


Azərbaycan dekabrın 19-da 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.

Bu barədə Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının məlumatında bilidirilir.

“Təhvil verilən şəxslər noyabrın 16-da Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıb,” məlumatda qeyd edilir.

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Twitter hesabında Azərbaycanın erməni hərbçiləri qaytarmasını alqışlayıb.

"Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə müzakirələrin ardınca Bakıda saxlanılan 10 erməninin azad edilməsini səmimiyyətlə alqışlayırıq. Əsirlərin azad olunması Brüsseldə müzakirə edildiyi kimi etimadı gücləndirmək üçün qarşılıqlı iradəni nümayiş etdirən mühüm humanitar jestdir. Aİ saxlanılanların Yerəvana transferin həyata keçirib," o, qeyd edib.

Azərbaycan bundan öncə dekabrın 4-də 10 nəfər hərbçini erməni tərəfinə verib. Ermənistan tərəfi sonradan həmin hərbçilərin dördünü həbs edib, altısına qarşı ittiham irəli sürüb.

Azərbaycan prezidenti bildirib ki, Qarabağ müharibəsindən sonra Bakıda saxlanılan 100-dən çox erməni hərbçi Yervana təhvil verilib.

Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş Naziri Nikol Paşinyan arasında birgə görüş keçirilib.

Şarl Mişelin twittwer hesabı
Şarl Mişelin twittwer hesabı

Görüşün nəticələri ilə bağlı Avropa İttifaqı Komissiyasının Prezidenti Şarl Mişel bəyanatında deyilir ki, Prezident Mişel Aİ-nin hər iki liderini hərtərəfli sülh sazişi ilə əsaslandırılmış regionda davamlı sülhün bərqərar olması məqsədilə münaqişənin aradan qaldırılması, əməkdaşlıq və etimad mühitinin yaradılması istiqamətində Ermənistan və Azərbaycanla yaxından işləmək öhdəliyinə inandırıb. Hər üç liderin ümumi məqsədi regionda yaşayan bütün insanların mənafeyi naminə təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz qurmaqdır.

XS
SM
MD
LG